Paşinyan hakimiyyəti sülh danışıqlarında maraqlı görünmür

Onun hədyan və diplomatik etiketdən kənar çıxışları bir hökumət başçısına yaraşmayan hərəkətlərdir

Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin həllinə ciddi maneçilik törədib cəbhə xəttində gərginliyi artırmağa çalışdığı bir ərəfədə münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu isə diplomatik fəallığı artırmağı qərarlaşdırıb. Hər halda bu günlərdə vasitəçilərin təşəbbüsü ilə okeanın o tayında Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin görüşü belə deməyə əsas verir. Ancaq əvvəlcədən də proqnozlaşdırıldığı kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu görüşü də münaqişənin həlli istiqamətində heç bir irəliləyişə səbəb olmadı ki, bunun da bir çox səbəbləri var. Onlardan ən birincisi münaqişənin həlli missiyasını öz üzərinə götürən Minsk qrupunun elə münaqişənin alovlanmasına xidmət edən tərəfin mövqelərindən çıxış etməsidir. Daha dəqiq desək işğalçı Ermənistan rəhbərliyinin aqressiv və heç bir beynəlxalq hüquq və normalara sığmayan bəyanatları, gedişlərinə seyriçi qalıb ondan konstruktivlik tələb etməməsidir. Ona görə də hər hansı bir format çərçivəsində keçirilən danışıqlar prosesi heç bir nəticə vermir. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə işğalçı Ermənistana qarşı təzyiq edilməlidir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, BMT-ninin Baş Assambleyasının 73-cü ssesiyası çərçivəsində Nyu-Yorkda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənista xarici işlər nazirlərinin görüşü münaqişənin həllinə heç bir töhfə vermədi. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın BMT tribunasından bu təşkilatın Qarabağla bağlı qətnamələrini heçə saydı: "Paşinyanın Azərbaycan ərazilərinə qarşı iddiası və qeyri-konstruktiv açıqlamaları fonunda nazirlərin bu görüşü növbəti dəfə Ermənistan tərəfindən imitasiya xarakterlidir. Paşinyanın bu kimi ritorikalarının arxasında erməni lobbisinin durması şübhəsizdir. Bundan əlavə, danışıqların keçirildiyi bir vaxtda Ermənistanın Qarabağda hərbi aviasiyanın iştirakı ilə hərbi təlimləri göstərir ki, Paşinyan hakimiyyəti birmənalı olaraq sülh danşıqlarında maraqlı görünmür. Onun hədyan və diplomatik etiketdən kənar çıxışları bir hökumət başçısına yaraşmayan hərəkətlərdi. Qeyd edim ki, Azərbaycan tərəfi, yalnız belə bir şəxslə güc amili ilə danışmalıdır. Konkret olaraq Ermənistanın yeni rəhbərliyi kompromisdə maraqlı deyil, çalışır ki, öz "demokratik imic" oyunları ilə dünya birliyini öz tərəfinə çəkməklə, Azərbaycana təzyiq etsinlər. Hesab edirəm ki, Azərbaycan birmənalı şəkildə danışıqları aparmaqla, artıq güc amilindən istifadə etməli, işğalçı ölkənin hərbi təlimlərinin işğal olinmuş ərazilərimizdə keçirməsinə imkan verməməlidir".

Politoloq deyib ki, xarici işlər nazirlərinin növbəti görüşü gələn ay gözlənilir: "Hımçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin də regiona səfəri gözlənilir. Ümumiyyətlə, belə bir görüşdə danışıqların hansı plan üzrə aparıldığı barədə məlumat verilməlidir. Çünki, Ermənistanın yeni rəhbərliyinin açıqlamalarından aydın olur ki, bu illər ərzində masada olan həll formularının əleyhinədirlər".

Millət vəkili Sahib Alıyev də deyib ki, Ermənistanın baş naziri BMT tribunasından etdiyi hədə və sərsəm dolu bəyanatlarla beynəlxalq hüquqa hörmətsizlik göstərdi: "Nikol Paşinyanın BMT-də bu qurumun təməl prinsiplərinin və Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin əleyhinə yönələn, haylığından qaynaqlanan məkrli, özünə xas populist və ziddiyyətli çıxışına baxdım. O haqda fikirlərimi bölüşəcəm. İndi isə bu meydan psixologiyasının daşıyıcısının Dağlıq Qarabağdan danışarkən işlətdiyi qarşılıqlı güzəşt məsələsinə toxunmaq istəyirəm.  Yeri gəlmişkən, təkcə haylar yox, bir çoxları bu "qarşılıqlı güzəşt"in üzərində dayanırlar. Mən isə bu fikirdəyəm ki, Dağlıq Qarabağ məsələsində qarşılıqlı yox, ancaq bir tərəfin güzəştindən söhbət gedir- o da Azərbaycandır. Azərbaycan güzəşt edərək indi Ermənistan adlanan yerdə bir azərbaycanlı belə qalmadığı halda, haylara Dağlıq Qarabağda yaşamağa izn verə bilər.
Ermənistanın öz ordusunu torpaqlarımızdan çəkməsi, Nikol Paşinyanın oğulu qarışıq bütün hərbiçilərinin rədd olub getmələrinin adı isə güzət deyil, beynəlxalq normalara əməl etməkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31