Azərbaycan və Rumuniya arasında Birgə Fəaliyyət Planı imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşüb. Görüşdə tərəflər iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi vurğu etməklə ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparıblar. Görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31