"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi artırmalıdır"

"Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir".

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.  

O bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, sələfləri kimi, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq işğalçılıq siyasətindən çəkinmir, əksinə daha aqressiv ritorika ilə çıxış edir: "Bu da təəssüf doğurur". 

Nazir müavini vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınmalıdır. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31