Putin-Əliyev görüşü: İrəvan Qərbə qaçır… - Proxanov
26 Sentyabr 2018 17:54 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Bakıda baş tutacaq görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın və regional geosiyasətin ən vacib mövzuları müzakirə olunacaq.
Bu sözləri "Vestnik Kafkaz"a rusiyalı yazar, ideoloq Aleksandr Proxanov deyib.
Aleksandr Proxanov hər şeydən əvvəl Moskvanın Azərbaycanla həm iqtisadi, həm siyasi müstəvidə əlaqələrini möhkəmləndirməkdə maraqlı olmasına diqqət çəkib:
"Prezidentlər arasında baş verən görüşlər Rusiya və Azərbaycan arasındakı əlaqələrin intensivləşdirilməsinin vacibliyini göstərir. Ona görə yox ki, Rusiya-Türkiyə-İran ittifaqına Rusiyanın Azərbaycanla əməkdaşlığı da daxildir, ona görə ki, Azərbaycan açıq şəkildə olmasa belə, Rusiyanın Yaxın Şərqdə yaratdığı ittifaqın iştirakçısı ola bilər".
Ekspert həmçinin Ermənistanın Qərbə meyillənməsi ilə əlaqədar olaraq, Azərbaycanın Rusiya üçün əhəmiyyətinin artdığını da bildirib:
"Bu respublikadakı qəfil dəyişikliklər və orada çox ciddi şəkildə amerikayönlü siyasi oyunçu yaradılması Rusiyanın gizli narahatlığının olduğu Ermənistanla gərginlik yaratdı. Buna görə də Rusiyanın Azərbaycana marağı artdı və İrəvanda baş verən dəyişikliklərdə tarazlığı tənzimləmək üçün Bakı ilə xüsusi münasibətlər yaradıldı. Ümid edirəm ki, bu mövzuya Əliyev-Putin görüşündə toxunulacaq".
axar.az