Vladimir Putinin Azərbaycana səfərinin proqramı açıqlanıb
26 Sentyabr 2018 16:21 SiyasətSentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya - Azərbaycan regionlararası forumda iştirak edəcək: "Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31