" Paşinyan diktator olduğunu qısa müddət sonra hamıya əyani şəkildə sübut etdi” - Millət vəkili

"Nikol Paşinyana "demokrat" deyirdilər, lakin rəhbərliyə gələn kimi erməni xislətinə məxsus xarakterini dərhal ortaya qoydu. Əslində diktator olduğunu qısa müddət sonra hamıya əyani şəkildə sübut etdi".

Bunu  millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, erməni hər yerdə ermənidir. Onlara uşaqlıqdan türklərə nifrət aşılanır, azərbaycanlıları görməyə gözləri olmur:

"Uzun zaman ən çirkin üsullarla mübarizə aparan ermənilər nəhayət Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqları üzərində özlərinə süni dövlət qura biliblər. Hazırda ən böyük arzuları Qarabağı Ermənistana birləşdirməkdir. Baş nazir Nikol Paşinyan Qarabağ klanına qarşı mübarizə aparır. Lakin bu arada Qarabağ separatçılarına özünü yaxşı göstərmək üçün münaqişənin həlli haqqında ağzına gələni danışır. Çalışır ki, qondarma rejimin nümayəndələri onu Qarabağ düşməni kimi qələmə verməsinlər. Hamı yaxşı bilir ki, Paşinyan qeyri-ciddi adamdır. Küçədən gəldiyi üçün prosesləri dərk edə bilmir. Dövlətin necə idarə olunmasından xəbərsizdir. Qərblə Rusiya arasında çabalaya-çabalaya qalıb".

Milli Məclisin üzvü vurğulayıb ki, bu gedişlə ziddiyyətlər daha da artacaq və baş nazir çıxılmaz vəziyyətə düşəcək: 

"Məsələ ondadır ki, Paşinyanın bəyanatları və davranışları ilk növbədə Azərbaycanla münasibətlərə, daha doğrusu Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərir. Ən əsası isə regiondakı prosesləri alt-üst edir. Lakin görünüən odur ki, Paşinyan öz imicini qoruyub saxlamaq üçün istənilən addımı ata bilər. O baxımdan cənab Prezident çıxışı zamanı vurğulayıb ki, bundan sonrakı hadisələrdə bütün məsuliyyət İrəvan hökumətinin üzərinə düşəcək. Paşinyanın təxribatçı hərəkətləri səbəbindən hərbi əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın baş naziri diplomatiyanın nə olduğunu qanmır, beynəlxalq hüquqa tüpürür. Bizə başqa yol buraxmır. Hələlik səbr edirik. Çünki Paşinyanın addımları Ermənistanı daxildən zəiflədir, siyasi qüvvələri və cəmiyyəti parçalayır. Hər halda düşmən ölkənin zəifləməsi, daha da gücdən düşməsi bizim xeyrimizədir".

sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31