GUAM-ın hökumət başçıları oktyabrın əvvəlində Moldovada görüşəcəklər
26 Sentyabr 2018 16:02 SiyasətOktyabrın 5-6-da Moldova paytaxtı Kişineuda GUAM-Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın hökumət başçılarının görüşü keçiriləcək.
Bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulianovski bildirib.
"Moldova GUAM-ın inkişaf potensialına qəti əmindir. Nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində üzv dövlətlərin ərazisinin Qərbi və Mərkəzi Avropadan Qafqaz və Mərkəzi Asiyaya qədər mühüm dəhliz vasitəsinə çevriləcəyi qənaətindəyik", - T.Ulianovski bildirib.
O, GUAM ölkələri arasında sərbəst ticarət zonasının yaradılması üçün hüquqi tədbirlərin tezliklə başa çatdırılması arzusunda olduğunu bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31