“Paşinyanın çıxışı məntiqlə uzlaşmayan fikirlərindən xəbər verir”
26 Sentyabr 2018 14:36 Siyasət"Ermənistan yenə də özünün qeyri-müəyyən münasibətini nümayiş etdirdi. Bir yandan danışıqlar prosesinin yenilənməsinə çağırış, digər tərəfdən isə həmin prosesi dağıdır".
Bu fikri politoloq Tofiq Abbasov Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edərkən deyib.
O bildirib ki, burada bəzi məqamlar N.Paşinyanın məntiqlə uzlaşmayan fikirlərindən xəbər verir: "Çünki bir yandan deyir ki, biz danışıqlar aparmayacağıq, digər tərəfdən BMT-nin Baş katibi Antoniu Quterrişə təşəkkür edir. Necə ola bilər ki, eyni zamanda həm təşəkkür edirsən, həm də onun verdiyi mandat əsasında keçirilən siyasi prosesə hörmətsizlik göstərirsən. Əgər Paşinyan BMT-nin Baş Assambleyasında rəsmi bir nümayəndə kimi çıxış edirdisə onun çox gözəl şansı var idi ki, özü haqqında yaxşı təəssürat yaratsın, yetkin siyasətçi olduğunu diqqətə gətirsin. Ancaq bu baş vermədi. Ona görə baş vermədi ki, əvvəla Paşinyanın siyasi fiquru hələ yetkin deyil, onun bir çox sahələrdə boşluqları var, hətta Dağlıq Qarabağ probleminin kontekstində belə bu adam tam məlumatlı deyil. Çünki həmişə o məsələni müzakirə edərək deyir ki, Azərbaycan Dağlıq Qarabağla danışıq aparmalıdır. Bu ölü məsələdir. Əgər siyasətçi ölü məsələni yenidən belə yüksək səviyyəli tribunadan gündəmə gətirirsə, deməli, bunun siyasi məlumatı yox səviyyədədir. Ermənistanın siyasi elitası Paşinyan başda olmaqla yerində durur, yerində sayır, hətta bəzi addımlarda geriləyir. Yəni orda heç bir irəliləyişdən danışmağa əsas yoxdur.
azadinform