Ermənistanın Azərbaycanı təxribata çəkmək cəhdləri

Və ya Putinlə Makronun Azərbaycana səfərindən İrəvan niyə əndişələnir?

Və ya Putinlə Makronun Azərbaycana səfərindən İrəvan niyə əndişələnir?

Ermənistan hakimiyyəti bütün parametrləri üzrə Azərbaycan qarşısında acı məğlubiyyətə düçar olduğundan öz ənənəvi metoduna əl ataraq rəsmi Bakını təxribata çəkməyə çalışır. İrəvanın təxribat xarakterli gedişləri elə bir zaman təsadüf edir ki, bu ərəfədə Azərbaycan iki böyük dövlətin prezidentini qarşılamaq ərəfəsindədir. Onlardan biri Rusiya Federasiyasının prezidenti Vladimir Putin, digəri isə Fransanın dövlət başçısı Emmanuel Makondur. Nəzərə alsaq ki, hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və Putin və Makronun Azərbaycana səfəri bir-birinin ardınca baş verəcək, o zaman Ermənistan tərəfinin əndişə keçirməsi və narahatçılıq keçirməsi normaldır. Ermənistan hakimiyyəti gözəl bilir ki, həm Putin, həm də Makronun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ problemi əsas müzakirə mövzularından biri olacaq və Azərbaycan rəhbərliyi rusiyalı və fransalı həmkarları ilə keçirdiyi görüşdə həmsədr ölkə kimi Rusiya və Fransanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallıq göstərməsini istəyəcək. Azərbaycanın regiondakı yeri və rolu, istər Rusiya, istərsə də Avropa ölkələri ilə normal əməkdaşlıq qurduğunu nəzərə alsaq, əksər ölkələr kimi Fransa və Rusiyanın da Azərbaycanı Cənubi Qafqazda strateji müttəfiq kimi gördüyünə diqqət çəksək, o zaman rəsmi Bakının istək və arzularının həmin görüşlərdə, eləcə də ondan sonrakı proseslərdə nəzərə alınacağını əminliklə demək olar. Elə buna görədir ki, Ermənistan tərəfi artıq bir neçə gündür ki, təxribat maşının yenə işə salıb. Ermənilərin ənənəvi üsullarından biri Azərbaycanın yüksəkj səviyyədə əməkdaşlıq etdiyi ölkələrlə Bakı arasındas ziddiyyətlərə yol açmaq, gərginlik yaratmaqdır. Bu mənada qondarma Dağlıq Qarabağ Respublikası ilə Fransanın Alforvil şəhəri arasında dostluq və əməkdaşlıq sazişinin imzalanmasını məhz Bakı ilə Paris arasında problemlər yarada biləcək təxribatçı addım kimi dəyərləndirmək olar.

Bu arada isə Ermənistan ordusunun işğal altında olan ərazilərdə hərbi təlimlərə başlaması da Azərbaycanı təxribata çəkmək cəhdinin növbətisi sayıla bilər. Xəbərlərdən də aydın olduğu kimi Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərində hərbi aviasiyanın təlim uçuşlarını keçirməyi nəzərdə tutub. Təlimlər sentyabrın 28-dək davam edəcvək.

Həm Fransanın adıçəkilən şəhəri ilə qondarma rejim arasında əməkdaşlıq sazişinin imzalanması, həm də işğal altında olan ərazilərdə hərbi təlimlərin keçirilməsi ekspertlər tərəfindən də birmənalı olaraq Ermənistanın Azərbaycanı təxibata çəkmək cəhdi kimi qiymətləndirilir.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, hərbi təlimlər bi başa rəsmi İrəvanın təxribatı və danışıqlardan yayınmaq cəhdidir. Politoloqun sözlərinə görə,   ermənilərin keçirtdiyi təlimlər müharibə məsələsini gündəmə gətirir: "Sentyabrın 28 kimi davam edəcək hərbi təlimlər qızışdırıcı və müharibəni gündəmə gətirir. Hesab edirəm ki, Azərbaycan ordusu işğal olunmuş ərazilərin səmasının işğalına imkan verməməli, yerüstü ərazilərimiz müvəqqəti işğal edilibsə də hava məkanını nəzarətdə saxlmalıyıq, işğalına imkan verməmliyik". Məhəmməd Əsədullazadə onu da deyib ki, müasir Havadan müdafiə silahlarımız imkan verir ki, işğal olunmuş ərazilərin hava məkanının ilhaqına yol verməyək: "Ermənistanın bütün uçuşlarının qarşısını qətiyyətlə almalıyıq. Beynəlxalq qanunlarda Azərbaycana imkan verir ki, işğalçının bu kimi təxribatlarının qarşısını alsın. Bu Rusiya prezidentinin Azərbaycana gözlənilən səfəri ərəfəsində Ermənistanın təxribatı düşünlümüş addımdır. Ermənistanın yeni hakimiyyətinin cəbhədə vəziyyəti gərginləşdirmək siyasəti, Paşinyanın uğursuz siyasətinin nəticəsidir".

"Atlas" Araşdırmalar Mərkəzinin rənbəri, politoloq Elxan Şahinoğlu da Ermənistanın Azərbaycanı təxribata çəkdiyi qənaətindədir. O, bildirib ki, gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyanın və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın 3 təxribatını müşahidə edib: "Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları, ikinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışı, üçüncü təxribat Xankəndidə imzalanan sazişdir". Politoloq deyib ki, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır, bunun başqa yolu yoxdur: "Ermənilər bu təxribatlarını Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risq etməsin. Elə tam əksinə, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır ki, Vladimir Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın. Nikol Paşinyanın təxribatçı açıqlamalarına gəldikdə isə bu son bir ayda genişlənib və ardı gəlir". Elxan Şahinoğlu deyib ki, sentyabrın 25-də isə Xankədidə separatşıların lideri Bako Saakyanla Fransanın Alforvil şəhərinin (45 min əhalisi var) meri Mişel Jerşinoviç arasında "dostluq və əməkdaşlıq sazişi" imzalanıb: "Bu da ermənilərin Fransa prezidenti Emmanuel Makronun Bakıya səfəri öncə həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb, ona nota verilməlidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31