Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə "konstruktiv" danışıqları davam etdirmək niyyətində olduğunu bildirib

"Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin guya İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, həmçinin ölkəsinin problemin həlli istiqamətində "konstruktiv" danışıqları davam etdirəcəyini deyib:

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək".

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31