Ermənistanın XİN başçısı Nyu-Yorkda ATƏT MQ-nin həmsədrləri ilə görüşüb
26 Sentyabr 2018 00:12 SiyasətNyu-Yorkda Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
Bu barədə Ermənistan xarici siyasət idarəsinin rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovvə Zöqrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş sentyabrın 26-da BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutacaq.
sputnik
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31