"Prezident yubiley tədbirində dəyərli fikirlər söylədi" - AÇIQLAMA

"Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə səsləndirilən fikirlər ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunun əsas göstəricisidir".

Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən parlamentin ənənələrinin hazırkı Milli Məclis tərəfindən uğurla davam etdirildiyini deyən deputat söyləyib ki, bütövlükdə parlament tərəfindən bütün sahələri əhatə edən qanunlar qəbul edilib.

Milli Məclisin yubiley tədbirində Azərbaycan Prezidentinin çıxışına toxunan S.Fətəliyeva bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyəti, o zaman parlamentimizin təsis olunması və fəaliyyəti haqqında dəyərli fikirlər söyləyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti nitqində münaqişəyə xüsusi toxunaraq və Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən kənarda heç zaman status almayacağını bir daha bəyan etdi: "Dövlət başçısı söylədi ki, Azərbaycan xalqı və dövləti onun əzəli, tarixi, hüquqi torpağının ondan ayrılmasına imkan verməyəcək. Ermənistanın münaqişənin həlli ilə əlaqədar beynəlxalq sənədlərə məhəl qoymadığını qeyd edən Prezident söylədi ki, Ermənistan öz gələcəyini düşünürsə, işğalçılıq siyasətinə son qoymalıdır. Çünki Ermənistanın başqa yolu yoxdur ".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31