Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25 Sentyabr 2018 13:06 SiyasətATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31