Elmar Məmmədyarov vacib görüşlər keçirib
25 Sentyabr 2018 12:30 SiyasətBMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias və Qana Respubikasının xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.
XİN-dən "Olaylar"a verilən məlumata görə, görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edildi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31