Əflatun Amaşov Kiyevə gedir
24 Sentyabr 2018 18:20 SiyasətSentyabrın 26-27-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 51-ci iclası keçiriləcək.
Bu tədbirdə QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Əflatun Amaşov iştirak edəcək.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərdə kiçik sahibkarlığın inkişafı və dəstəklənməsi mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31