İƏT-in təmas qrupu Ermənistanın Azərbaycana təcavüzünü müzakirə edəcək
24 Sentyabr 2018 14:15 Siyasətİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Bu barədə İƏT-in "Twitter" səhifəsində deyilir.
Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı təmas qrupunun yaratmaq qərarını verib. Təmas qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Təmas qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31