“Bu, Prezidentin hər kəsə verdiyi son cavabdır” - AÇIQLAMA

“Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasdakı nitqində diqqəti çəkən məqamlardan biri Onun Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına, parlamentarizm tariximizə verdiyi yüksək qiymət idi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı, sistemli tədbirlərin mahiyyətinə diqqət çəkən dövlətimizin başçısı müasir Azərbaycan dövlətinin bütün çağırışlara cavab verə biləcək qədər güclü və qüdrətli olduğunu da diqqətə çatdırdı”. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasdakı nitqində diqqəti çəkən məqamlardan biri Onun Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına, parlamentarizm tariximizə verdiyi yüksək qiymət idi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı, sistemli tədbirlərin mahiyyətinə diqqət çəkən dövlətimizin başçısı müasir Azərbaycan dövlətinin bütün çağırışlara cavab verə biləcək qədər güclü və qüdrətli olduğunu da diqqətə çatdırdı".

Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin çıxışında yer alan mühüm məqamlar Azərbaycan istiqlalının xalqımız və şəxsən Onun üçün nə qədər əziz və qiymətli olduğunu nümayiş etdirməklə bərabər, istiqlalımızın daimi və əbədi olmasına sərf olunan əməyin miqyasını da ortaya qoyur.

Dövlət başçısının çıxışı zamanı Azərbaycan torpaqlarının işğalı faktına xüsusi diqqət çəkdiyini deyən E.Mirzəbəyli söyləyib ki, Prezident bu fikirləri ilə bütün dünyaya, həmçinin işğalçı ölkə və onun himayədarlarına dövlətimizin, xalqımızın mesajını çatdırdı: "Dövlətimizin başçısı qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Bu, Prezidentimizin, dövlətimizin Ermənistana, onun himayədarlarına, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı manipulyativ və ziddiyyətli bəyanatlar verən hər kəsə verdiyi son cavabdır".

Onun sözlərinə görə, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir daha dövlətimizin mövqeyini ifadə etməklə yanaşı, işğala son qoymaq istəməyən ölkəyə, işğal faktından geosiyasi təsir vasitəsi kimi istifadə etməyə çalışan dairələrə proseslərin hansı istiqamətə gedə biləcəyi ilə bağlı mesajlarını da çatdırdı: "Dövlət başçısı Azərbaycanla Ermənistan arasındakı fərqi konkret rəqəmlərlə və faktlarla ifadə edərək, işğalçı ölkəyə Azərbaycanın yürütdüyü təcridetmə siyasətinin onun üçün indikindən daha ağır və bərpası mümkün olmayacaq nəticələrə yol açacağını xatırlatdı. Ümumiyyətlə, Azərbaycan Prezidentinin nitqi regiondakı real və perspektiv vəziyyətin təhlili baxımından da mühüm əhəmiyyətə malikdir. İstər işğalçı ölkənin hakimiyyəti, istərsə də regional, subregional və qlobal proseslərdə Ermənistan kimi uğursuz ölkələrin "xidmət"indən faydalanmağa çalışan dairələr bütün bu mesajlardan ciddi nəticə çıxarmalıdırlar. Əks təqdirdə, Ermənistan rəhbərliyinin hadisələrin inkişaf perspektivi haqqında düşünməyə vaxtı da qalmayacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31