Elşən Manafov: “Rusiya Azərbaycanı Cənubi Qafqazın lideri görür”

Politoloq Elşən Manafovun  müsahibəsi

- Elşən müəllim, Rusiya prezidentinin Azərbaycana səfəri ərəfəsi Ermənistan hakim rejimi cəbhə xəttində təxribatları genişləndirib. Təxribatlarla işğalçı rejim nəyə nail olmaq istəyir?

- Əslində bu Ermənistan hakimiyyətinin mövcud daxili problemi ilə bağlıdır. Bu günlərdə Paşinyan özü bəyan edib ki, atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub. Bununla Ermənistan 1994-cü ilin mayın 12-də atəşkəs haqqında imzalanmış protokolun müddüalarını kobud şəkildə pozmuş olur. ATƏT özünün ikili standartlarla bağlı mövqeyindən əl çəkib məlum hadisəyə o cümlədən, Ermənistanın qeyri-konstruktiv mövqeyinə ciddi dəyər və qiymət verməlidir. O ki, qaldı Rusiya prezidentinin Azərbaycana səfəri, təbii ki, bu erməni tərəfindən ciddi bir narahatçılıq doğurub. Çünki əslində Azərbaycanla Rusiya prezidentlərinin məlum görüşü sentyabrın 7-də baş tutmuşdu və bir müddət keçəndən sonra Rusiya prezidentinin Azərbaycan olan səfəri bir daha göstərir ki, Rusiya Azərbaycanı Cənubi Qafqazın lideri görür və Azərbaycanla iki tərəfli münasibətlərin genişləndirməsinə, o cümlədən hərbi texniki əməkdaşlığın genişləndirməsinə, iqtisadi-ticarət münasibətlərinin yüksəlməsində maraqlıdır. İstisna etmirəm ki, Rusiya tərəfi daha çox Azərbaycan dövlətini, hakimiyyətini və xalqını düşündürən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə daha ciddi bir mövqe ortaya qoyacaq. Çünki Rusiya bundan əvvəldə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ probleminin yaxın prespektivdə həllində maraqlıdır və özü də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hər kəsə bəllidir ki, Rusiyanın Ermənistan iqtidarına təzyiq imkanları kifayət qədər çeşidli və genişdir. Bu baxımdan Rusiya Ermənistan iqtidarına təzyiq göstərməklə həm işğal altında olan rayonlarda Azərbaycan dövlətinin suverenliyini bərpa olunmasına o cümlədən də regionda sülh və sabitliyin təmin olunmasında öz mövqeyini ortaya qoya bilər.

- Vaxtaşırı olaraq, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri konstruktiv mövqe ortaya qoyur. Bu o deməkdir ki, Paşinyanla sülh yönündə danışıqlar aparmaq mümkün olmayacaq?

- Əvvəla baş nazir seçiləndən sonra onun ilk səfərinin Dağlıq Qarabağa olmasını Azərbaycan dövləti, hakimiyyəti və xalqı unutmayıb. Hətta populist bir addım ataraq öz oğlunu Dağlıq Qarabağda hərbi xidmət keçirən ordu hissələrə göndərib. Digər tərəfdən bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı şantaj qərar səsləndirməsi də əslində atəşkəsin pozulmasına görə və ya danışıqlarda konkret bir nəticənin əldə edilməməsinə görə beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan dövlətini ləkələmək məqsədi daşıyır. Paşinyanın anormal addımlar səmərə verməyəcəkdir. Əvvəla Rusiya ilə münasibətlərdə kifayət qədər problemlər özünü büruzə verməkdədir. İkincidə Ermənistanda siyasi hakimiyyət uğurunda savaşın güclənəcəyi istisna deyil. Bütün bunlar. Paşinyan iqtidarının sonunu daha da tezləşdirəcək.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31