Əhvaz terroru ilə İrana verilən mesajlar hansılardır?
Son illər cənub qonşumuz daha çox terrora məruz qalır desək yanılmarıq. Müntəzəm olaraq terrorla sınağa çəkilən İslam Respublikası həftə sonu daha bir faciəni yaşadı. İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı İslam Respublikasının hərbiçiləri naməlum şəxslər tərəfindən atəşə tutulub. Terrakt zamanı 30-dan artıq şəxsin həlak olduğu bildirilib. Cənub qonşumuzda terror aktının İranın Hörmüz boğazında hərbi təılimlər keçirdiyi bir vaxtda baş verməsi təsadüfi hesab edilmir və ekspertlər məlum terror aksiyasını sözügedən hərbi təlimlərə cavab olaraq dəyərləndirirlər. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir: “İran ordusu Hörmüz boğazında hərbi təlimə başlayıb.
24 Sentyabr 2018 13:10 SiyasətSon illər cənub qonşumuz daha çox terrora məruz qalır desək yanılmarıq. Müntəzəm olaraq terrorla sınağa çəkilən İslam Respublikası həftə sonu daha bir faciəni yaşadı. İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı İslam Respublikasının hərbiçiləri naməlum şəxslər tərəfindən atəşə tutulub. Terrakt zamanı 30-dan artıq şəxsin həlak olduğu bildirilib.
Cənub qonşumuzda terror aktının İranın Hörmüz boğazında hərbi təılimlər keçirdiyi bir vaxtda baş verməsi təsadüfi hesab edilmir və ekspertlər məlum terror aksiyasını sözügedən hərbi təlimlərə cavab olaraq dəyərləndirirlər.
Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir: "İran ordusu Hörmüz boğazında hərbi təlimə başlayıb. Ordu ilə bərabər İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri də təlimdə iştirak edirlər. Hərbi təlimlərin sentyabrın 27-nə kimi davam edəcəyi gözlənilir. Qeyd edim ki, noyabrdan başlayaraq Birləşmiş Ştatların, İranın neft satışına embarqo tətbiq edəcəyi gözlənilir. Əgər, bu baş verərsə, rəsmi Tehran dünya neft daşımalarının 20 faizinin həyata keçirildiyi Hörmüz boğazını bağlayacağını qeyd edib. Hazırda Hörmüz boğazında keçirilən hərbi təlimlər təsadüfi deyil, mümkün hazırlıqlar ssenarisi üzrə planlaşdırılıb".
Politoloq deyib ki, Hörmüz boğazının qapadılması, dünyada neft qiymətlərinin yüksəlişinə, həmçinin Səudiyyə Ərəbistanı və İran savaşına yol aça bilər: "Təbii ki, İranın Hörmüzdə təlimləri Birləşmiş Ştatlara mesajıdı. Noyabrdan İranın neft satışı azalarsa, ölkədə iqtisadi təlatüm yaşanacaq. Bu da Birləşmiş Ştatların İrana iqtisadi müharibəsi olacaq. Hesab edirəm ki, İranın Hörmüzü bağlaması real görünmür. Əgər, bu baş verərsə, ikinci Körfəz müharibəsi baş verə bilər. Bu da İrana qarşı fəlakətə yol açar".
Məhəmməd Əsədullazadə deyib ki, Hörmüz boğazında keçirilən təlimlərlə bərabər İranın Əhvaz şəhərində İran-İraq müharibəsinin ildönümü ilə əlaqədar hərbi paradda terrakt törədildi. Bu terrakt İranın hərbi təlimlərinə cavab kimi qiymətləndirilməlidir: "Qeyd edim ki, ərəblərin sıx məskunlaşdığı Əhvaz şəhərində ərəblərin narazılığı daima baş qaldırıb. Bundan əlavə, İranın İraqla müharibəsinin ildönümündə ərəblərin yaşadığı şəhərdə parad, ərəblərə qarşı rəsmi Tehranın hörmətsizliyidi. Çünki, İraq ərəb ölkəsidir. İran bu addımı atmamalıdır. Terrakt nəticəsində onlarla hərbiçi həlak olub, xeyli sayda hərbiçi isə yaralanıb. Göründüyü kimi ərəblər vasitəsi ilə İran hakmiyyətinə qarşı terror hücumlarına start verildi. Bu terrorun mütəmadi xarakter alacağı istisna deyil. Bu da İran rejimini daxili münaqişəyə çəkməklə, Yaxın Şərqdən çıxarılmasına hesablanıb. Əhvaz terraktı rəsmi Tehran üçün siqnaldı".
Müstəqil ekspert Emil Həsənli deyib ki, terror aktı ilə əlaqədar İranın hansı tərəfi mühakimə edəcəyi bəri başdan bəllidir. Onun sözlərinə görə, əslində İran tərəfi də bilir ki, terraktın arxasında Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı kimi dövlətlər dayana bilər: "Özü də prezident Həsən Ruhaninin parad zamanı orada olması və teraktın törədilməsi bir mesaj xarakteri daşıyır. Bəs mesaj nədən ibarətdir? Mesajla İranın xarici siyasət kursunda mütləq dəyişiklik etməsini tələb edirlər. İlk növbədə İran Suriyada güclü aktorlardan biridir, Rusiya ilə birlikdə Suriyada Bəşər Əsədin əsas himayəçisi sayılır. Yəməndə Husilərə dəstək verir. Bu da Səudiyyə Ərəbistanını narahat etməyə bilməz. Reallığı desək İranın Yəməndəki aktivliyi qarşısında ərəb dövlətləri heç bir şey edə bilmirlər. Hətta Husilər Yəməndən Səudiyyəyə raketlər atmışlar. Təbii ki, bunu da onlar təkbaşına edə bilməzlər. Digər bir yandan İran Livanda çox güclü mövqeyə malikdir. Bu da hesab edirəm ki, bəzi dövlətləri narahat etməyə bilməz. Həmçinin İdlib əməliyyatından öncə belə bir teraktın baş verməsi də təsadüf deyil"
Müstəqil ekspert Zeynal Əmralıyev deyib ki, İranda həftə sonu baş verən terror aktı regionda onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdıracaq: "İran tərəfi ənənəvi olaraq bu işdə Birləşmiş Ştatlar,İsrail və Səudiyyə Ərəbistanını ittiham edir. Hadisəyə görə isə rəsmi şəkildə chr("39")chr("39")Əhvaz Ərəb Azadlıq Hərakatıchr("39")chr("39") məsuliyyəti öz üzərinə götürüb. Ən maraqlı və diqqətçəkən məqam isə odur ki, təşkilatın rəhbəri Həbib Cəbr milli bayramı münasibəti ilə Səudiyyə kralını təbrik edib. Parad zamanı İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların İranın gününə düşəcəyini, Donald Trampın isə Səddam Hüseynin aqibətini yaşayacağını bildirib". Bəs İranda terror hadisəsi hansı səbəbdən törədilib?
Zeynal Əmralıyev qeyd edib ki, burada bir neçə versiya var: "Bir neçə gün əvvəl Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi üçtərəfli görüş və burda əldə olunmuş bəzi razılaşmalar İkincisi, İranın Hörmüz boğazını bağlamaq istəməsi və burada hərbi təlimlər keçirməsi İranın xarici işlər naziri Cavad Zərifi yazdığı tvitdə İranın bu terror aktına qətiyyətlə cavab verəcəyini bildirib. Bu isə onu gösdərir ki, rəsmi Tehran yaxın zaman ərzində ittiham etdiyi bu 3 dövlətə qarşı sərt addımlara start verə bilər. Diqqətçəkən daha bir məqam isə həlak olan hərbiçilərin böyük əksəriyyətinin İslam İnqlabı Keşikçilər Korpusunun əsgərləri olmasıdır. Qeyd edim ki, bu ordu qruplaşması İranda bilavəstə ali dini liderə tabedir. Fikrimcə buda təsadüfi deyil. Görünür bununla həm də prezident Həsən Ruhani və ali lider Əli Xamneyi arasında olan gərgin atmosferi daha da artırmaq istəyirlər. Onsuz da İranda qərblə razılaşmanın tərəfdarı olan və bu məsələdə müəyyən yol qət etmiş Ruhaniyə olan inam son zamanlar Donald Tramp admistrasiyasının etdiyi hərəkətlərə görə kəskin şəkildə azalıb. Artıq əksər iranlılar elə düşünür ki, Birləşmiş Ştatlar Həsən Ruhanini aldadıb. Bir neçə gün əvvəl də Suriya səmasında Rusiyaya məxsus təyyarə vurulmuş və bir neçə hərbiçi öldürülmüşdü. İstər-istəməz ağla bu iki hadisə arasında bir paralel varmı və bu hadisələr görəsən bir mərkəzdənmi idarə olunurmu sualı gəlir".
Füzuli