Azərbaycan Prezidentinin Paşinyana və erməni cəmiyyətinə xəbərdarlıq mesajları ilə zəngin çıxışı - ŞƏRH

İrəvan bu mesajlardan nəticə çıxarmağa məhkumdur

Ötən həftə Azərbaycan daha bir tarix yaşadı, qanunverici orqanı sayılan Azərbaycan Parlamentinin yaranmasının 100 illiyini qeyd etdi. Təntənəli şəkildə qeyd edilən həmin mərasimdə dünyanın bir çox ölkələrinin deputatları da iştirak edirdi. Milli Məclisdə təşkil edilən həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də çıxış edərək qanunverici orqanımızın keçdiyi şərəfli yol, onun tarixi fəaliyyəti, eləcə də günümüzdə qanunvericiliyin təkmilləşdirilməsində parlamentin rolundan danışdı.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasındakı çıxışının əsas tezisləri Ermənistanın işğalçılıq siyasətinə və işğal altındakı torpaqlarla bağlı rəsmi Bakının atacağı addımlara həsr olunmuşdu. Dövlət başçısı çıxışı zamanı işğalçı Ermənistan rəhbərliyinə növbəti mesajını göndərərək Paşinyan hakimiyyətinə sələflərinin yolu ilə getməməyi tövsiyə etdi: "Mən hesab edirəm ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dövlət başçısının parlamentdəki çıxışına diqqət çəkərək bildirib ki, Prezident çıxışı zamanı bir neçə məsələni xüsusi vurğualyıb və Azərbaycanın həmin məsələlərə olan münasibətini ortaya qoyub: "Birincisi, prezident qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bu o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır. İkincisi, prezident qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağla bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. İlham Əliyevin fikrincə, Ermənistan hazırki hakimiyyət nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Bunu prezidentlə yanaşı kənar ekspertlər də vurğulayırlar. Üçüncüsü, prezident qeyd etdi ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Çünki beynəlxalq təşkilatların Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev ona işarə etdi ki, Ermənistanda 2008-ci ildə prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sərkisyanı sərt

tənqid etmədilər, onunla dərhal əməkdaşlığa başladılar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sərkisyanı və onun digərlərini həbs etmək istəyir".

Elxan Şahinoğlu onu da deyib ki, dövlət başçısı çıxışı zamanı Ermənistanda iqtisadi və sosial vəziyyət ağır olduğunu, Ermənistanın bu vəziyyətdən çıxması üçün yeganə yolunun olduğunun vurğulayıb: "Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. İlham Əliyev ona işarə etdi ki, Ermənistan hakimiyyətinin siyasəti hərbi toqquşmanı yaxılaşdırır.

Prezident həmçinin qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq. "Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək" - bu İlham Əliyevin əsas cümləsidir. İlham Əliyevin bir başqa açıqlaması da diqqəti cəlb edirdi: "Əgər işğalçılıq siyasəti olmasaydı, Ermənistan Azərbaycanın imkanlarından faydalana bilərdi. Azərbaycan Ermənistanı tam təcrid edib və bu siyasətini davam etdirəcək". Politoloqun sözlərinə görə, İlham Əliyevin səsləndirdiyi tezislərindən görünür ki, Azərbaycan prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını və siyasətini diqqətlə izləyir. İlham Əliyevin bu çıxışı Paşinyana və erməni cəmiyyətinə xəbərdarlıq mesajları ilə zəngin idi.

Müstəqil ekspert Zeynal Əmralıyev də Azərbaycan Prezidentinin çıxışından Ermənistan rəhbərliyinin nəticə çıxarmalı olduğunu deyib: "Sentyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli mərasimdə çıxış etdi. Dövlət başçısı çıxış zamanı bir sıra önəmli məsələlərə toxundu və bu barədə öz fikirlərini açıqladı. Ölkəmizin, əsasən də Azərbaycan parlamentinin keçdiyi tarixi inkişaf dövründən danışan dövlət başçısı düşmən ölkədə son baş verən hadisələrə münasibətinidə bildirdi. İlham Əliyev vurğuladı kı, chr("39")chr("39")Ermənistanda son müddətdə keçirilən seçkilərə beynalxalq müşahidəçilər müsbət reaksiya göstərdilər. Ancaq baş verən son çevriliş gösdərdi ki, rejimin dəstəyi sıfıra bərabərdi. Məgər o təşkilatlar görmürdülər ki, Ermənistanda son zamanlar bütün seçkilər saxtalaşdırılırchr("39")chr("39"). Ekspert bildirib ki, dövlət başçısının qeyd etdiyi məsələ çox doğrudur. Həqiqətən də beynəlxalq təşkilatlar Ermənistandakı son seçkilərə müsbət münasibət sərgiliyirdilər: "Son çevriliş bunu göstərdi ki, chr("39")chr("39")Qarabağ klanıchr("39")chr("39") Ermənistanda xalqın səbrini son həddə çatdırmışdı. Bu klanın hakimiyyətə gəlməsinin tarixini yada salaq. Ermənistan parlamentində məşhur gülləbaran hadisəsindən sora Köçəryan-Sərkisyan rejimi hakimiyyətə gəlmişdi. Nəticədə ölkə avtoritar hərbi xunta rejiminin əlinə keçdi. Bu hakimiyyətin olduğu 20 ilə yaxın dövr ərzində ölkədə kütləvi represiya siyasəti həyata keçirildi. Hakimiyyətin ötürülməsi zamanı 2008-ci ildə erməni xalqı küçələrdə gülləbaran edildi. Azərbaycana qarşı təcavüzkar və qeyri-

konstruktiv siyasət bütün gücü ilə davam etdi. Bu rejimin 20 illiyində İrəvanda inqlab yaşandı və xunta hakimiyyəti bir neçə günə çökdü. Maraqlı olan isə bu qüvvələrin seçkilərdə qazandığı böyük səs faizləri idi. Görəsən inqlab zamanı onları dəstəkləyən insanlar niyə öz hökumətlərini müdafiə etmirdilər? Ya da ki, onlar xalq tərəfindən bu qədər dəstəklənirdisə, küçələrə axışan bir o qədər insan kimiydi? Onu da deyim ki, etiraza qalxıb rejimi devirənlər Paşinyanın tərəfdarları yox, sadəcə rejimin əlehdarları idi. Paşinyan sadəcə başsız qalmış kütlədə rəhbərliyi öz əlinə aldı. Bu da populist çıxışlar nəticəsində mümkün oldu. Əfsuslar ki, indiki hökumətdə əvvəlki hökumətin siyasətini təkrarlayır. Paşinyan gənclərin dəstəyini qazanmaq üçün Azərbaycana qarşı hədə dolu bəyanatlar səsləndirir. Normal düşüncəsi olan insan bunun seçkilərə görə edilmiş siyasətin tərkib hissəsi olduğunu bilər. Bunu bütün dünya, hətta Ermənistanda da bilirlər ki, Azərbaycan ordusu 90-cı illərdəki ordu deyil.Bü gün dünyanın ən müasir silahları ilə silahlanmış və xüsusi təlim görmüş peşakar bir ordumuz var. Bunu son baş verən döyüşlər, chr("39")chr("39")Aprel müharibəsichr("39")chr("39") və Naxçıvanda baş verən əməliyyatlar sübut edir". Zeynal Əmralıyev deyib ki, Azərbaycan son dövrlər mühüm enerji layihələri həyata keçirir. Qonşuluğumuzda yerləşən dövlətlər də bundan faydalanıb öz iqdisadiyyatlarını möhkəmləndirirlər: "Gürcüstan bunun ən bariz örnəyidir. Nəzərə alaq ki, Gürcüstan ölkəmizin enerji siyasətində tranzit ölkə kimi önəmli yerə malikdi. Gürcüstan iqdisadiyyatında Azərbaycanın payı yüksəkdir və son dövrlər daha da artıb. Baxmayaraq ki, ölkə müharibə şəraitindədir, buna rəğmən Azərbaycanın dəstəyi nəticəsində Gürcüstan iqdisadiyyatı da inkişafdadır. Azərbaycan mehriban qonşuluq münasibətlərinə daim xüsusi önəm verir. Ancaq çox təəssüf ki, erməni tərəfi bunu anlamadı və yenə də anlamır. Erməni rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsidir ki, ölkə bütün regional layihələrdən kənarda qalıb, təcrid olunmuş vəziyyətə düşüb. Bu ağılsız siyasətin nəticəsidir ki, Ermənistan Rusiyadan asılı duruma düşüb və bu asılılıq hər ötən gün daha da güclənir. Bu il baş verən hadisələr isə əsl gülünc yaradacaq hadisə idi. Ermənistan konstitusiyasına görə hökuməti parlamentdə çoxluğa malik olan partiya formalaşdırır. Bəs indiki hökumət parlamentdə çoxluğa malikdirmi? Xeyr. Hökumətə nazir təyin olunan şəxslər isə heç biri dövlət idarəçilik təcrübəsinə malik deyil. Hökumət 4 aydan çoxdu hakimiyyətdədi, ancaq xalqın rifahı üçün heç bir ciddi tədbir görməyib. Əvəzində isə Paşinyanın birbaşa əmri ilə ölkədə hökumətə müxalif siyasətçi və jurnalistlərin həbsi dalğası gedir. Bu da onu gösdərir ki, Paşinyana bu hakimiyyət xalqına xidmət üçün yox, rəqibləri ilə mübarizə aparmaq, onlardan heyif çıxmaq üçün lazım idi. Paşinyanın Qarabağ

barədə fikirləri də birmənalı deyil. Əvvəl Qarabağdakı qondarma rejimi chr("39")chr("39")müstəqil dövlətchr("39")chr("39") adlandırırdı. Bu insan görünür heç müasir erməni tarixini belə bilmir. Onun ən böyük rəqibi gözündə görüb həbs etdirib sonra qorxaraq azad etdirdiyi Robert Köçəryan qondarma chr("39")chr("39")Dağlıq Qarabağ rejimichr("39")chr("39") nin başçısı idi. Səlahiyyətlərini həyata keçirdiyi zaman 1997-ci ilin 20 mart tarixində Ermənistan prezidenti Levon Ter-Petrosyanın imzaladığı əmrlə Ermənistanın baş naziri təyin edilib. Paşinyan Qarabağdakı rejimi chr("39")chr("39")müstəqil dövlətchr("39")chr("39") adlandırır. Bəs harda görünüb ki, bir dövlətin başçısını digər dövlətin başçısı öz ölkəsinə baş nazir təyin edib, 1 il sonra da hakimiyyəti ona ötürsün. Bu tarixi fakt Paşinyanın dediklərinin yalan olduğunu tam şəkildə ortaya qoyur. Bu onu gösdərir ki, İrəvandakı heç bir hökumət heç bir zaman Qarabağdakı ermənilərdən nə fikirlərini soruşmuyub, nə də onların fikirinə hörmət etmir. Bu açıqlamalardan sonra Paşinyan indi də Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü ilə çıxış edir.Hamiya məlumdur ki, bu istəyin arxasında nə dayanır.Bu sadəcə siyasi mübarizə üçündür. Çünki,Paşinyanın ən böyük siyasi rəqibləri olan Köçəryan və Sərkisyan cütlüyünün məlum olduğu kimi güc mərkəzi və sığınacaq yeri Qarabağdakı qondarma rejimdir. Əslində bu ikiliklə birlikdə qondarma qurumun hazırki rəhbəri Bako Saakyan da Paşinyanın ən böyük rəqiblərindədir. Paşinyan burda da mitinqlər təşkil edib Saakyanı devirib öz adamlarını başa keçirmək istədi, ancaq alınmadı. Qarabağdakı ermənilərlə heç cür razılaşmayacağını və öz hakimiyyətini qəbul etdirə bilməyəcəyini bildiyindən buradakı oyuncaq rejimi tamamilə ləğv etmək istəyir. Ancaq unudur ki, Azərbaycan buna səssiz qalmayacaq. Dünyadakı bütün rəsmi xəritələrdə Qarabağ Azərbaycan ərazisi kimi gösdərilir. Dövlət başçısının da dediyi kimi, bu rejimin Ermənistanda hakimiyyətdə olması bizə sərf edir. Çünki, bu hükumətvdə ağılsız siyasət apararaq Ermənistanı daha da zəflədir. Bizə də elə bu lazımdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31