Millət vəkilimiz AŞ PA-nın tədbirinə qatılacaq
24 Sentyabr 2018 12:38 SiyasətMilli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün Gürcüstana səfər edəcək. MM-dən "Olaylar"a daxil olan məlumata görə, Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq. Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərinin söyləyəcək, təkliflərini verəcək. Səfər sentyabrın 26-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31