Elmar Məmmədyarov Nyu-Yorka səfər edib

Azərbaycan Respublikasının xarici işlər  naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti  BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.  "Olaylar" xəbər verir ki, Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31