Amerika və Rusiya arasında iqtisadi savaş yeni mərhələdə

ABŞ Rusiyanın CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") çərçivəsində "Rusiyanın müdafiə və kəşfiyyat sektorunun maraqları üçün çalışan 33 nəfəri "qara siyahı"ya əlavə edib. Bundan əlavə, maliyyə-bank sferalarını əhatə edəcək yeni sanksiyalar, həmçinin neft-qaz hasilatı üçün avadanlıqlara qoyulacaq sanksiyalar birbaşa Rusiyanın əsas gəlir mənbəyini hədəfə almağı planlayır.

"OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki,  iki ölkə arasında iqtisadi savaş getdikcə yeni mərhələyə qədəm qoyur: "Rusiyanın iqtisadi vəziyyəti sanksiyalar nəticəsində ciddi zəifləyib. ABŞ şirkətləri Rusiyadan çəkilərsə, Putinin reytinqi tamam düşəcək. Mümükündür ki, Kreml rəhbərinə qarşı daxildə yeni plan hazırlansın. Siyasi elita çalışacaq ki,  ya Putin getsin, ya da öz ambissiyalarından çəkilsin. Rusya Silahlı Qüvvələrində Putinə qarşı generallar var. Putin bəzi generalları məhz özünə potensial tədid gördüyü üçün görəvdən aldı".

Politoloq deyib ki, ABŞ-ın İrana qarşı noyabrdan tətbiq edəcəyi sanksiyalar paketi Rusiyanı da hədəfə alacaq: "Ümumiyyətlə Vaşinqtonla Moskva arasaında əlaqələrin bərpası mümükün görünmür. İki ölkə düyada öz hegemoniyası uğrunda soyuq savaş aparır. Hzırda ABŞ, Rusiyanın təhlükəsizlik orqanlarna və yuxarı siyasi istibleşmentinə nüfuz edib, Putini zərərsizləşdirməyə çalışacaq. Amma, Putin KQB zabiti olduğu üçün ABŞ-ın bu planlarını ifşa etmək gücündədir. Hesab edirəm ki, növbəti illərdə ABŞ sanksiyaları Rusiyanı daxildən çaxlayacaq. Rusiya İran deyil. Rus xalqı dözülməz şəraitə görə Putinə qarşı qalxacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31