Rusiyanın Yaxın Şərqin oyunçusu statusundan çıxarılma cəhdləri - ŞƏRH

Və Moskvanın müttəfiqlərini ondan ayrı salmaq planı Rusiyanın Yaxın Şərqdə, xüsusilə də Suriyadakı maraqları Qərb və Birləşmiş Ştatların maraqları ilə ziddiyyət təşkil etdiyindən hər iki güc mərkəzi ciddi cəhdlə şimal qonşumuzu Suriyadakı əsas oyunçular sırasından sıxışdırıb çıxarmağa çalışır. Bunun üçüncə Qərb və Birləşmiş Ştatlar “ilanı Seyid Əhməd əli ilə tutmaq” prinsipinə üstünlük verir. Bir qədər də konkretləşdirsək Birləşmiş Ştatlar və Qərb Rusiyanı Yaxın Şərqdə elə Kremlin öz müttəfiqlərinin əli ilə vurur. Bir neçə il əvvəl Rusiyanın qırıcı təyyarəsinin Türkiyə, bu günlərdə isə Suriyada ərazisində vurulması deyilənlərin təsdiqidir.

Və Moskvanın müttəfiqlərini ondan ayrı salmaq planı

Rusiyanın Yaxın Şərqdə, xüsusilə də Suriyadakı maraqları Qərb və Birləşmiş Ştatların maraqları ilə ziddiyyət təşkil etdiyindən hər iki güc mərkəzi ciddi cəhdlə şimal qonşumuzu Suriyadakı əsas oyunçular sırasından sıxışdırıb çıxarmağa çalışır. Bunun üçüncə Qərb və Birləşmiş Ştatlar "ilanı Seyid Əhməd əli ilə tutmaq" prinsipinə üstünlük verir. Bir qədər də konkretləşdirsək Birləşmiş Ştatlar və Qərb Rusiyanı Yaxın Şərqdə elə Kremlin öz müttəfiqlərinin əli ilə vurur. Bir neçə il əvvəl Rusiyanın qırıcı təyyarəsinin Türkiyə, bu günlərdə isə Suriyada ərazisində vurulması deyilənlərin təsdiqidir. Düzdür, Qərbin Türkiyə-Rusiya müttəfiqliyini zərbə altında qoymaq planı o zaman müvəqqəti olsa reallaşsa da, lakin sonradan Kreml və Ankara aradakı ziddiyyəti bir kənara qoyub yola davam deməyi bacardı. İndi isə Rusiya təyyarəsi Suriya ərazisində vurulur və bunu Əsədə dəstək olan Putinə birincinin acı xəyanəti kimi qələmə verməyə çalışırlar. Lakin sonradan məlum olur ki, Rusiya təyyarəsi səhvən İsrail tərəfindən vurulub.  Düzdür, Rusiya təyyarəsinin Suriya ərazisində vurulması da da bir oyundur və məqsəd Moskvanın Suriyadakı söz sahibliyinə zərbə vurmaqdır. Ancaq bütün halda Rusiyanın bir neçə ildə dəfələrlə belə bir situasiyalarla qarşılaşması şimal qonşumuzun dövlət imicinə vurulan ciddi zərbə kimi xarakterizə edilir. Təsadüfi deyil ki, elə əksər ekspertlər də bu qənaətdədirlər.

Müstəqil ekspert Əhəd Məmmədli deyir ki, günümüzdə Rusiyanın təyyarələri Suriyada vurulmaqda, əsgərləri isə ölməkdə davam edir. Bu isə ilk növbədə Moskva ilə bu regionda üz-üzə gələn Qərbə, Birləşmiş Ştatlara sərf edir. Əhəd Məmmədli qeyd edib ki,  bir neçə il əvvəl Türkiyə də Rusiyanın qırıcı təyyarəsini vurdu: "Ancaq 6 aydan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölən rus zabitinin ailəsinə göndərdiyi "kusura bakmayın" məktubunu Vladimir Putin "üzr" kimi daxili auditoriyaya sırıdı. "Vaqner" adlı rus muzdlu dəstəsi amerikalılar tərəfindən bombalandı, Kreml əsgərlərinə sahib çıxmadı. İndi də, İsrail rus qırıcısını vurdu, 15 nəfər öldü. Vladimir Putinin tapşırığı ilə, Bəşər Əsəd rejimi qırıcının vurulmasını öz üzərinə aldı. Özünü fövqal dövlət sayan ölkənin qırıcılarını vurmurlar, vururlarsa da, bunu edənlər dərhal cavablarını alırlar. Siz təsəvvür edə bilərsinizmi hansısa ölkə Birləşmiş Ştatların qırıcısını vursun ? Amma özünü ABŞ kimi fövqal dövlət sayan Rusiyanın qırıcılarını da vururlar, əsgərlərinidə bombalayırlar və ruslarda bunların cavabını vermirlər daha doğrusu verə bilmirlər. Çünki Rusiya fövqal dövlət deyil. Sadəcə Rusiya SSRİ-nin uğursuz nümunəsidir".
Əhəd Məmmədli deyib ki, Rusiya Federasiyasına daxil olan Şimali Qafqazda yerləşən Kabardin-Balkar respublikasında, kabardin və balkarlar arasında milli zəmində münaqişə baş verib: "1708 çi ildə Kanjal döyüşündə kabardinlər Krım tatarlarının ordusunu məğlub edib. Kabardinlər bu tarixi hadisəni qeyd etmək istəyib. Respublika rəhbərliyi də buna icazə verməyib. Kabardinlərin bu istəyi türk kökənli balkarların etirazı ilə qarşılanıb. Kabardinlərdə, balkarlarda müsəlman xalqlarıdır. Balkarlar türk kökənli müsəlman xalqıdır. "Böl idarə et" siyasətindən Stalin də məharətlə istifadə edib. Ruslar türk kökənli balkarları kabardinlərlə, türk kökənli qaraçaylıları isə çərkəzlərlə eyni respublikada birləşdırib. Halbuki daha məqsədəuyğun türk balkarlarla, qaraçaylıları eyni respublikada birləşdirmək olardı. Amma təbii Şimali Qafqazda müsəlmanlar içındə daha rahat çaxnaşma yaratmaq için türk xalqlarını bir-birlərindən ayrı salmaq siyasəti Kreml üçün həmişə prioritet məsələ olub. Noqay türkləridə Stavropol, Krasnodar, Kalmıkiya və Dağıstanda bölünərək yerləşdirildilər. Halbuki noqaylar sayına görə ayrı respublika olmalı idilər. Dağıstanda ikinci dünya savaşına qədər danışıq dili kumık türkcəsi olub. İkinci dünya savaşından sonra Dağıstanda ümümi danışıq dili rus dili oldu. Yaddan çıxartmayaq ki, 1918 çi ildə Dağlı respublikası Azərbaycana birləşmək gərarı vermişdir. Dağlı respublikası Gəncədə elan edilmişdir. 1918- ci ildə Osmanlı-Qafqaz-İslam ordusu Azərbaycanı qırmızı rus ordusundan azad edəndən sonra, ardınca Dağlı respublikasınıda ağ rus ordusundan azad etdi. Şimali Qafqazın bütün müsəlman xalqları (qeyri-türk, türk fərq etməz) bizim qardaşlarımızdır. Müsəlman Əfqanıstanda məğlubiyyətdən sonra, SSRİ-nin dağılmasının da, ilk səbəbi, milli münaqişələr oçaqlarının yaranması, yaradılması oldu. Onda da Kreml elə bilirdi ki "Böl idarə et" siyasəti ilə milli münaqişələri rahat şəkildə öz xeyrinə idarə edəcək. Rahat idarə edə bilmədi və sonda SSRİ dağıldı. Müsəlman-qardaş Şimali Qafqaz xalqlarını bir-birlərinin üstünə qızışdıran ruslar elə bilirlər ki, yenə "Böl idarə et" siyasəti ilə bu prosesidə rahat idarə edəcəklər. SSRİ kimi, onun varisi, Rusiyanın dağılması milli zəmində başlayacaq. Bəlkə də artıq başlayıb. Hər halda aparılan müşahidələr və cərəyan edən proseslər belə deməyə əsas verir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31