Rusiya Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir
21 Sentyabr 2018 11:34 SiyasətRusiya prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir.
Bunu cümə axşamı TASS-a Abdulatipov deyib.
"Mən bu günlərdə Dövlət Dumasında çıxış etdim, xüsusilə Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif etdim. Assambleya ölkələrin qanunvericiliklərinin bir-biri ilə uyğunlaşdırılması , imzalanmış beynəlxalq müqavilələrə müvafiq qanunların qəbulunu sürətləndirməklə məşğul olmalıdır. Bundan əlavə, parlamentlərarası əlaqələr humanitar və iqtisadi əlaqələrin inkişafı deməkdir", - deyə o bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31