İrəvan Bakının xəbərdarlıq mesajını nəzərə almalıdır

Əks təqdirdə nəticələr Ermənistan üçün arzuedilən olmayacaq Ermənistanda ictimai-siyasi vəziyyət, eləcə də iqtisadi durum getdikcə ağırlaşır, işğalçı ölkə dərin böhrana sürüklənir. Bunun isə başlıca səbəblərindən biri işğalçı ölkəyə rəhbərlik edənlərin ötən illər ərzində ağıllanmaması, öz işğalçılıq və separatçılıq siyasətlərinin davam etdirmələridir.

Əks təqdirdə nəticələr Ermənistan üçün arzuedilən olmayacaq

Ermənistanda ictimai-siyasi vəziyyət, eləcə də iqtisadi durum getdikcə ağırlaşır, işğalçı ölkə dərin böhrana sürüklənir. Bunun isə başlıca səbəblərindən biri işğalçı ölkəyə rəhbərlik edənlərin ötən illər ərzində ağıllanmaması, öz işğalçılıq və separatçılıq siyasətlərinin davam etdirmələridir.

Ermənistanda çoxları xunta rejimi sayılan Sərkisyan hakimiyyətinin devrilməsindən sonra ölkənin siyasi və iqtisadi durumunun normallaşacağı, sosial vəziyyətin düzələcəyinə ümid bəsləsə də, lakin sadə ermənilər unudurdular ki, əlləri üzərində və alqışlarla ölkənin idarəçiliyini verdikləri inqilabçı Paşinyanın idarəçilikdən ümumiyyətlə xəbəri yoxdur. O, yalnız meydanlarda çığır-bağır salmaq, populist çıxışlar etmək, eyni zamanda sələflərinin ənənəsinə sadiq qalaraq sərsəm açıqlamalar səsləndirməkdə mahirdir.

Elə son aylarda Ermənistanda yaşanan proseslər də bunun əyani sübutudur. Belə ki, baş nazirlik postunu mənimsəyən gündən ölkədə heç bir iqtisadi uğura nail ola bilıməyən Nikol Paşinyan öz sərsəm bəyanat və açıqlamaları ilə İrəvanın beynəlxalq imicinə də zərbə vurub, onun olmayan nüfuzunu bir qədər də ayaqlar altına atıb. İnqilabçı baş nazirin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda İrəvanın deyil, separatçı Dağlıq Qarabağ "Respublikasının" iştirakının vacibliyini bildirməsi, eləcə də Qarabağı Ermənistana birləşdirməklə bağlı mümkün referendumun keçirilməsi barədə sərsəmləmələri Ermənistan hakimiyyətinin nə dərəcədə qeyri-ciddi və sərsəm olduğunu beynəlxalq aləmə də nümayiş etdirib. Ermənistan hakimiyyətinin qeyri-ciddiliyi Paşinyanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi ilə bağlı səsləndirdiyi ilk fikirdən sonra özünü göstərdi. Belə ki, İrəvanın danışıqlarda iştirak etməyəcəyini deyən inqilabçı baş nazir dərhal sonra xarici işlər nazirini həmsədrlərlə keçirilən görüşə göndərdi. Loru dildə desək Nikol tüpürdüyünü yalamış oldu. Və bu da Ermənistan hakimiyyətinin nə dərəcədə qeyri-ciddi olduğunu beynəlxalq aləmə göstərmiş oldu. Xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərində Nikol Paşinyan barədə bir daha aydın təsəvvür formalaşdı. Bu  təsəvvür də ondan ibarət oldu ki, inqilabçı baş nazir qeyri-ciddi bir siyasi fiqurdur, onunla hanısa bir xırda məsələ barədə belə müzakirə aparmaq, məsləhətləşmələr etmək mənasızdır. Diqqət etsək görərik ki, 6 aydan artıq bir müddət əzində Nikol Paşinyanı xarici ölkələrə də rəsmi səfərlərə də dəvət etməyiblər. Yalnız Rusiya və bir neçə ölkəni çıxmaq şərtilə. Rusiyaya da dəvətin səbəbi bəlli idi. Ermənistanda artan antiRusiya meyilinə görə inqilabçı baş nazirə qulaqburması vermək.

Nikol Paşinyanın digər bir mənfi obrazı, beynəlxalq aləmdəki aşağılıq imici Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi fikri ilə təsdiqləndi. Tamamilə absurd və sərsəm açıqlamaya beynəlxalq aləmin reaksiya verməməsi əslində Ermənistan hakimiyyətinə olan münasibətin göstəricisi sayıla bilər. Yəni "it hürər. karvan keçər".  Ancaq görünən odur ki, artıq itin də cəzalandırılmasının zamanı yetişib. Əks halda o qudurmuş halda ətrafa daha çox ziyan vura bilər. Elə son günlər cəbhə xəttində gərginliyi artırmağa xidmət edən təxribatçı hərəkətlər də məhz buna hesablanıb. Cəbhədə təxribatçı hərəkətlərini davam etdirən Ermənistan ordusu öz layiqli cavabını da alır. Bu günlərdə Biləsuvar rayonunda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ictimaiyyət nümayəndələri ilə görüşdə bunu açıq şəkildə bildirdi. Dövlət başçısının sözlərinə görə, bir neçə gün bundan əvvəl Azərbaycan əsgərləri onlara elə dərs veriblər ki, çətin  yaxın günlərdə özlərinə gəlsinlər: "Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir. Ermənistan indi çox ağır vəziyyətədir. Ermənistan  ordusu Azərbaycan ordusu ilə  rəqabət apara bilməz".

Doğurdan da Prezident İlham  Əliyevin qeyd etdiyi kimi Azərbaycan Ordusu Ermənistan ordusundan güclüdür və bunu son hərbi parad və cəbhə xəttində bu günlərdə keçirilən hərbi təlimlər bir daha təsdiq etdi.  Elə Ermənistanı dab u gün ciddi şəkildə narahat edən məhz Azərbaycanın son günlər bir-birinin ardınca nümayiş etdirdiyi hərbi gücdür. Ancaq Ermənistan yaxşı olardı ki, Azərbaycanın hərbi gücündən narahat olmaq əvəzinə, ağıllansın, işğal altında olan əraziləri azad etsin. Əks təqdirdə Azərbaycanın nümayiş etdirdiyi hərbi güc Ermənistan üçün fəlakətlərə səbəb ola bilər. Bir sözlə İrəvanın Bakıdan nəticə çıxarması şərtdir. Elə Cənab Prezident İlham Əliyev də bunu açıq şəkildə bəyan etdi və Ermənistan hakimiyyətinə xəbərdarlıq mesajı göndərdi: "Azərbaycan ordusunu daha da  gücləndirəcək, omun döyüş qabiliyyətini daha da möhkəmləndirəcək.  Hərbi paradda nümayiş etdirilən  texniki imkanlar,  əsgər-zabitlərin hazırlığı düşmənə yaxşı siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar".

Hər halda İrəvanın düşünmək zamanı daralır. Ermənistanda artıq qərar vermək zamanıdır. Torpaqları işğaldan azad etmək qərarı.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31