Parlamentin xüsusi iclasına 150 ölkənin nümayəndəsi qatılacaq
20 Sentyabr 2018 13:03 SiyasətSentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək. Xüsusi iclasın saat 12:00-da başlayacaq. Məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyevin iştirakı gözlənilir.
Qeyd edək ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31