MDB və ŞƏT ölkələrinin Baş prokurorları Düşənbədə terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər

Tacikistan Prezidenti Emomali Rəhmon və Müstəqil Dövlət Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş prokurorları Düşənbədə cinayətkarlıq və terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər.

Görüş zamanı cinayətkarlığa, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorizm, radikalizm, ekstremizm kimi müasir təhlükələrə qarşı birgə mübarizə məsələləri, eləcə də qlobal və regional səviyyədə təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik edir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31