"Qarabağın bu yolla həllinin tərəfdarıyıq" - Hotemüller
20 Sentyabr 2018 11:56 SiyasətNATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz ölkələrin ərazi bütövlüyü məsələsi üzrə BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edirik.
Bunu jurnalistlərə Bakıda səfərdə olan NATO Baş katibinin müavini Rouz Hotemüller deyib.
"Biz həmçinin bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəsülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31