Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19 Sentyabr 2018 16:37 SiyasətOman Respublikasının Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yahya bin Məhfuz Əl-Munzirini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31