Rusiya prezidentinin Azərbaycana səfərindən gözləntilər böyükdür
19 Sentyabr 2018 13:36 SiyasətAzərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu onun yaxın qonşuları ilə yanaşı uzaq dövlətlər, Avropa və Qərblə də normal münasibətlər qurması, bu münasibətləri inkişaf etdirməsi üçün əlverişli zəmin yaradır. Müntəzəm olaraq ölkəmizə xarici dövlət və hökumət başçıları səviyəsində edilən səfərlər, eləcə də Azərbaycan dövlət başçısının dünyanın müxtəlif ökələrinə rəsmi səfərlərə dəvət edilməsi bu münasibətləri daha da inkişaf etdirir. Təsadüfi deyil ki, bu gün əksər dünya dövlətləri Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi görmək istəyir. Bu sırada şimal qonşumuz Rusiya Federasiyası da istisna deyil. Qeyd etmək yeinə düşər ki, Rusiya ilə Azərbaycanı dərin siyasi və mədəni əlaqələr bir-birinə bağlayır. Bundan başqa ölkələr arasında artan iqtisadi əməkdaşlıq yeni-yeni imkanlar açır. Müntəzəm olaraq siyasi çevrədə həyata keçirilən qarşılıqlı səfərlər də Moskva-Bakı münasibətlərinin yeni bir mərhələyə qədəm qoyması üçün əlverişli zəmin yaradır. Elə bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə getməsi və Soçidə keçirilən səmərəli danışıqlar deyilənlərin sübutu sayıla bilər. Yaxın vaxtlarda isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri nəzərdə tutulur. Hər iki ölkə üçün əhəmiyyət kəsb edən bu səfər həm Moskvada, həm də Bakıda xüsusi önəm verilir. Bakıda ona görə ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və hazırda gərginlik atmosferində olan Ermənistan-Rusiya münasibətləri fonunda Bakı-Moskva yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə vəsilə ola bilər. Təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri ərəfəsində Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ konfliktinin həlli ilə bağlı qeyri-konustruktiv açıqlamaları, onun Bakı-Moskva arasında münaqişənin həlli ilə bağlı aparıla biləcək danışıqlardan narahatlığından irəli gəlir: "Qeyd edim ki, beş rayonun Azərbaycana qaytarılması və ölkəmizin Rusiyanın layihəsi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında yer alması məsələləri sentyabrın 25-də Putinin Bakı səfərində əsas danışıqların predmeti olacaq". Politoloq qeyd edib ki. hazırda Rusiya ilə siyasi-iqtisadi və hərbi texniki əlaqələr yükəsək səviyyədədir: "İqtidar çalışır ki, konflikti Yerevanla deyil, Moskva ilə həll etsin. Rusiya rəhbərliyi də Bakı ilə bu danışıqlarda maraqlı görünür. Çünki, Ermənistan baş nazirinin Minsk qrupu formatında aparılan "Madrid prinsiplərini" qəbul etməməsi, Rusiyanın da geosiyasi maraqlarına cavab vermir. Həmçinin Paşinyanın Moskvanın əleyhinə siyasi qərarları, Putini qəzəbləndirən amillərdən biridir. Moskva ilə aparılan danışıqlarda Azərbaycan yalnız Rusiyanın sülhmərmalı qüvvələrinin Qarabağda yerləşdirlməsinin əleyhinədir. Çünki, Cənubi Osetiya və Abxaziya prsedenti rəsmi Bakını narahat edən məqamdır. Gürcüstanda yaranan vəziyyət eyni ilə Azərbaycanda da yaşana bilər. Rusiyanın dövlət başçısı Ermənistanda baş verən siyasi proseslərdən ciddi narahatdır və çalışır ki, Bakı ilə uzlaşma siyasətinə getsin. Bəli, Putini Bakıda səmərəli danışıqlar gözləyir. Əgər, Putin Bakı ilə konfliktin həllində ortaq məxrəcə gələrsə, Yerevanı da bu qərara məcbur edəcək. Ermənistanın baş naziri Moskvanın şərtlərini qəbul etməsə, Azərbaycana qarşı kəskin ritorikanı davam etdirsə, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Putinin region səfərindən sonra, biz, Qarabağ konfliktinin həlli istiqamətində müəyyən prsoseslərin şahidi olacağıq".
Məhəmməd Əsədullazadə deyib ki, erməni baş nazirin Azərbaycana qarşı sərt çıxışları onun acizliyindən və geosiyasəti düzgün qiymətləndirməməsindən irəli gəlir: "Ermənistan rəhbərliyinin Qarabağ separatçılarını tərəf kimi danışıqlara cəlb etmək kimi planları, Qarabağın Ermənistana birləşdirilməsi kimi cəfəng bəyanatları, danışıqlardan çəkilmək cəhləri, cəbhədə ağır hərbi eskalasiyanı yaxınlaşdırır. Bir məsələni qeyd edim ki, Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Qarabağıda müzakirə edib. Rusiya ilə Türkiyə sıxlaşan ikitərəfli münasibətlərdə Putinin Azərbaycana qarşı siyasətində müsbət tendensiya müşahidə edilir. Ankara-Moskva və Bakı birgə regionda ciddi geosiyasi şərtləri müsbətə doğru dəyişə bilərlər. Top burada Putindədi".
Məhəmməd