Mikayıl Cabbarov İsrailin müdafiə naziri ilə görüşüb

Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Bakıda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycan ilə İsrail arasında iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Tərəflər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin mühümlüyünü vurğulayıb, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyini qeyd ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31