Siyasi şoumen - Yaxud gənc əsgərdən qorxan sərsəm baş nazir

Yaxud gənc əsgərdən qorxan sərsəm baş nazir Hakimiyyətə gəldiyi gündən heç bir sahədə cüzi də olsa uğur əldə edə bilməyən, ölkəsini düşmüş olduğu bəladan çıxarmaq qabiliyyətində olmayan, daxildəki ictimai-siyasi gərginliyi yoluna qoya bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan sələflərinin ənənəsinə sadiq qalaraq Azərbaycanın daxili işlərinə müdaxilə etmək yolunu seçib. Yalnız şou yaratmaq, cəfəng, mənasız fikirlər səsləndirməklə gündəmi zəbt etməyi qarşısına məqsəd qoyan Paşinyan indi də Azərbaycan Respublikasının Prezidenti. Ali Baş Komandan Cənab İlham Əliyevin övladı Heydər Əliyevin hərbi xidmətə getməsi ilə bağlı mənasız, sərsəm açıqlamaları ilə yadda qalıb.

Yaxud gənc əsgərdən qorxan sərsəm baş nazir

Hakimiyyətə gəldiyi gündən heç bir sahədə cüzi də olsa uğur əldə edə bilməyən, ölkəsini düşmüş olduğu bəladan çıxarmaq qabiliyyətində olmayan, daxildəki ictimai-siyasi gərginliyi yoluna qoya bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan sələflərinin ənənəsinə sadiq qalaraq Azərbaycanın daxili işlərinə müdaxilə etmək yolunu seçib. Yalnız şou yaratmaq, cəfəng, mənasız fikirlər səsləndirməklə gündəmi zəbt etməyi qarşısına məqsəd qoyan Paşinyan indi də Azərbaycan Respublikasının Prezidenti. Ali Baş Komandan Cənab İlham Əliyevin övladı Heydər Əliyevin hərbi xidmətə getməsi ilə bağlı mənasız, sərsəm açıqlamaları ilə yadda qalıb.

İnqilabçı baş nazir Paşinyanın Heydər Əliyevin hərbi xidmətə getməsi ilə bağlı səsləndirdiyi cəfəng fikirlərin fərqinə varmadan belə bu cür qənaətə gəlmək mümkündür ki, Paşinyan növbəti dəfə öz cılızlığını, rəzilliyini, gücsüzlüyünü nümayiş etdirdi, ortaya qoydu. Bu bir ölkənin baş nazirinin digər bir ölkənin gənc əsgəri ilə (hansısa həmin gənc əsgər istər siyasi, istər idarəçilik, istərsə də dünyagörüşü baxımından Paşinyandan qat-qat üstün mövqeyə malikdir) siyasi mübarizə aparması deməkdir. Eyni zamanda Paşinyanın cılızlığının göstəricisidir.

Nikol Paşinyanın Heydər Əliyevin hərbi xidmətə getməsi ətrafında yaratdığı şou, bu məsələ ilə bağlı irəli sürdüyü sərsəm fikirlər eyni zamanda inqilabçı baş nazirin hədsiz dərəcədə qorxu hissi keçirdiyinin göstəricisidir. Paşinyanın qənaətincə, bu o deməkdir ki, Ali Baş Komandanın övladı da hərbi xidmətə gedirsə, deməli müharibə qapının arxasındadır. Azərbaycan hər an müharibəyə başlayaraq işğal altında olan torpaqlarını azad edə bilər. Çünki bu döyüşdə Ali Baş Komandan və onun övladı da Azərbaycan Silahlı Qüvvələrinin sıralarında yer alır. Nəzərə alsaq ki, bütün bu proseslər ardıcıllıqla (Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi ərəfəsində keçirilən möhtəşəç hərbi parad, sentyabrın 17-dən start verilən genişmiqyaslı hərbi təlimlər) baş verir, o zaman Nikol Paşinyanın ciddi şəkildə qorxması və təşviş keçirməsi də başadüşüləndir. Nikol Paşinyan yaxşı bilir ki, o gün uzaqda deyil və bu cür aqressiv, qeyri-konstruktiv münasibəti davam etdiyi təqdirdə həmin tarixi məqam daha tez baş verə bilər. Bu zaman isə nəinki Azərbaycanın işğal altında olan əraziləri tamamilə azad ediləcək, eyni zamanda Ermənistanın hazırkı hakimiyyəti də siyasi səhnədən gedəcək və Paşinyan baş nazir kreslosunu zəbt etdiyi kimi də təhfil verəcək. Hələlik isə Azərbaycan işğalçı ölkə rəhbərliyinə son şans verir ki, bəlkə ağıllana. Həmçinin hazırda Ermənistan hakimiyyətinin işdən daha çox bu cür cəfəng bəyanatlara fikir verməsi, erməni xalqının rifah halının yaxşılaşdırılması istiqamətində heç bir addım atmaması elə Azərbaycanın da maraqlarına xidmət edir. Azərbaycan Prezidentinin Mətbuat katibi Azər Qasımovun təbirincə desək nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Çünki inqilabçı baş nazir nəinki daxildə, heç xarici siyasət sahəsində də heç bir uğur əldə edə bilmir ki, bu da ümumilikdə Ermənistanın onsuz da biabırçı vəziyyətdfə olan beynəlxalq nüfuzunu bir qədər də ləkələyir, aşağılayır. Əslində beynəlxalq aləmdə Ermənistanın mənfi imcinin formalaşmasında Nikol Paşnyanın "xidmətləri" də az deyil. Belə ki, baş nazirin xarici səfərlər zamanı keçirdiyi görüşlərdə ermənilərə xas yaltaqlıq nümayiş etdirməsi ümumilikdə Ermənistan barədə mənfi rəy formalaşdırır. Azərbaycan Prezidentinin mətbuat katibinin təbrincə desək Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz: "Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır".

Bu arada Paşinyanın övladını cəbhə xəttinə göndərməsini öyünərək qeyd etməsi də siyasi blefdən başqa bir şey deyil. Çünki çoxlarına bəllidir ki, Ermənistan baş nazirinin övladı təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada əsasən məişət məsələləri ilə məşğuldur. Prezidentin mətbuat katibi bildirib ki, Paşinyanın oğlu bu hissəyə yazılmasına baxmayaraq vaxtının çoxunu Xankəndidə keçirir: "Ümumiyyətlə Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyildir. Paşinyanın necə şoumen olması bizə yaxşı bəllidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31