Bakıdan İrəvana son siqnal
17 Sentyabr 2018 13:48 SiyasətAzərbaycanın keçirdiyi hərbi təlimlər belə xarakterizə edilir
İşğalçı Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi aqressiya və qeyri-konstruktiv mövqe regionda gərginliyi artırır. Müntəzəm olaraq İrəvandan səsləndirilən sərsəm açıqlamalar və Dağlıq Qarabağ probleminin həllinə yönəlik diplomatik təşəbbüslərə zidd bəyanatlar problemin həlli ilə bağlı aparılan danışıqlara xələl gətirməklə yanaşı cəbhə xətində hərəkətliliyi də artırır. Hər halda keçirilən hərbi təlimlər, hərbi gücün, potensialın artırılması məqsədilə aparılan ikitərəfli danışıqlar və əldə edilən müsbət nəticələr belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, bu günlərdə İsrailin müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində Təl-Əvivlə Bakı arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı ki, bu da müharibə şəraitində olan Azərbaycan üçün olduqca önəmlidir. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel müharibəsi zamanı İsraildən aldığımız hərbi texnikalar düşmən üzərində əzmlə qələbə qazanmaqda mühüm rol oynamışdı. Bu günlərdə də İsrailin müdafiə nazirinin Azərbaycanda səfərdə olması və səfər başa çatar-çatmaz Azərbaycanın cəbhə xəttində hərbi təlimlərə başlaması Ermənistanda ciddi təşviş yaradıb. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.
Maraqlıdır ki. Azərbaycanın cəbhə xəttində başladığı hərbi təlimlər Rusiyada da narahatçılıq yaradıb. Əks təqdirdə Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsi (CHD) bazasının hərbçiləri döyüş hazırlığının yoxlanılması üçün təlim həyəcan siqnalı ilə ayağa qaldırılmazdı. Məlumata görə, Rusiya hərbi bazasının bütün birləşmələrinin və hərbi hissələrinin döyüş hazırlığı yoxlanılır. Bu faktın özü də cəbhədə hərbi hərəkətliliyin artacağı və Qarabağda növbəti hərbi əməliyyatların başlayacağı ehtimalını artırır.
Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimləri müsbət qiymətləndirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək ki, bu da geniş miqyaslı, regionda analoqu olmayan hərbi oyunlardı. Politoloqun sözlərinə görə, yalnız Rusiyadan sonra Azərbaycan belə təlimlər keçirməyə qadirdi: "Hesab edirəm ki, bu təlimlər birbaşa rəsmi Yerevan üçün Bakının son siqnalı olmalıdır. Bu kimi geniş miqyaslı təlimlər müharibə hazırlığı deməkdir. Qeyd edim ki, Müdafiə Nazirliyinin 2016-cı ilin əvvələrində mütəmadi keçirdiyi geniş təlimləri, məhz Apreldə uğulu hərbi əməliyyatlarla nəticələndi. Hazırda regionda geosiyasi şərtlər dəyişir. Ermənistanın baş nazirinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri, həmçinin Rusiya ilə siyasi konfrontrasiya Azərbaycana imkan verir ki, növbəti əks-hücumla bir neçə rayonu işğaldan azad etsin. Azərbaycan ordusu çevik hərbi əməliyyatlara başlayarsa, Apreldə olduğu kimi Qərb seyrçı qalacaq. O, zaman Rusiya Azərbyacanın irəliləməsinin qarşısını almaqla, danışıqlar prosesini başlatdı. İndi isə, Rusiya rəhbərliyi ilə aparılan danışıqlar imkan veərər ki, Moskva neytral mövqe tutsun. Əgər, Kreml Azərbaycamın bu şərtləri ilə razılaşmasa, Ermənistan Rusiyanın orbitindən çıxacaq".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, hazırda Nikol Paşinyan qeyd edir ki, heç bir güzəştə getməyəcək: "Bu danışıqların tam iflası deməkdir. ATƏT-ın Minsk qrupuda səssizliyini qoruyur. Nə Birləşmiş Ştatlar, nə də Fransanın həmsədrləri rəsmi Yerevanın danışıqlardan yayınmaq cəhdinə reaksiya vermirlər. Ona görə də Azərbaycan mütləq şəkildə Paşinyanın açıqlamalarına kəskin və sarsıdıcı zərbə vurmalıdır. Ermənistan ordusunun "şant 2018" hərbi təlimləri Moskva -Bakı arasında gedən Qarabağ danışıqlarına mesajdı. Hazırda Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında görmək istəyir. Bu istiqamətdə konfedensial danışıqlar aparılır. Ermənistanın baş nazirinin açılamaları, onların narahatlıqlarından irəli gəlir".
Məhəmməd