Həyatını güclü dövlət qurmağa həsr edən Liderin qanunlara ehtiramı

Zahid Oruc: “Prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir”

Zahid Oruc: "Prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir"

Son illərdə müşahidə edilən müsbət tendensiyalardan biri də ölkədə vətənpərvərlik ruhunun nəzərə çarpacaq dərəcədə yüksəlməsi, qələbə inamının artmasıdır. Xüsusilə, bu inam, bur uh yüksəkliyi 2016-cı ilin Aprel zəfərindən sonra özünü daha açıq şəkildə büruzə verməyə başlayıb. Çünki məhz Aprel zəfəri uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsinin başlanğıcı oldu. Məhz Aprel zəfəri ölməkdə olan vətənpərvərlik ruhunu bir daha dirçəltdi, xalqı vətəni, torpağı uğrunda vahid cəbhədə birləşdirdi. O, cəbhədəki həmin cəbhənin ön sıralarında Ali Baş Komandan dururdu. Döyüşlərin getdiyi günlərdə cəbhə xəttində əsgəri ilə bir səngərdə olan Ali Baş Komandan bu addımı ilə həm vətənpərvərlik ruhunun yüksəlməsinə vəsilə oldu, həm də bir nümunə göstərdi.

Bu günlərdə Ali Baş Komandan hər zamanki kimi cəmiyyətə, xalqa, komandasına,  nümunədir. Belə ki, Ali Baş Komandan, Cənab İlham Əliyevin də övladı hərbi xidmətdədir. Hansı ki, bir çoxları, hətta məmurlar belə övladlarını hərbi xidmətdən yayındırdığı halda, Ali Baş Komandan, Cənab Prezident hər kəsə nümunə olaraq övladını hərb9i xidmətə gönədirir. Birmənalı olaraq bu addım, nümunəvi davranış cəmiyyətin hər bir üzvü tərəfindən təqdir edilir, bəyənlilir, alqışlanır.

Millət vəkili Zahid Oruc isə bildirib ki, son illər ordu dövlət siyasətinin önünə çıxıb. Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilərlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq, tamamilə iflasa uğrayıb: "Əslində hadisələrin belə gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir. Nə üçün? Ən azı o səbəbə görə ki, uzun illər yalnız Minsk formatında dəyişən beynəlxalq konyunkturanı gözləyib irəliləyişə ümid bəsləmək Azərbaycanı daha çox xarici dairələrin rəyi ilə hesablaşmağa vadar edirdi və belədə qarşı tərəf Fransa, Birləşmiş Ştatlarvə Rusiya arasındakı ziddiyətlərdən müəyyən qədər faydalanmağı bacarırdı. İndi isə Nikol Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışqılar prosesini boykot elərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub. Doğrusu, bunu əvvəllər ağıla gətirmək qeyri-mümkün idi. Kiminsə şübhəsi yoxdur ki, 1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 90-cı illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10 ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən, yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin hakimiyyətinə son qoyulmalıydı".
Millət vəkili bildirib ki, indi prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub: "Təsəvvürə gətirirsizmi- İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb. Ona görə də İlham Əliyev ATƏT Baş katibi Tomas Qremingerlə görüşdə İrəvana xəbərdarlıq edərək, faktiki olaraq müharibəyə gerçək hazırlıqlarını qətiyyən gizlətmədi və Bakıda böyük milli coşquya səbəb olan, əsil səfərbərlik hadisəsinə çevrilən Silahlı Nümayişin də hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya verilən aydın bir mesajın təntənəsiydi. Oradan çıxan nəticələrin hamısını bölgədə marağı olan mərkəzlərin yaxşı dəyərləndirməyə imkanları var, ən başlıcası, dediyimiz kimi, Paşinyan siyasi vasitəçilərdən imtina edərək prosesi orduların üzərinə keçirib və son aylar ərzində nümayiş edilən əzələ gücü sübut edir ki, Azərbaycanın arzuldağı da elə budur.Axı səngərdəki qüvvələr nisbətini indi müqayisə edəndə savaşın nə ilə yekunlaşacağını təxmin etmək o qədər də çətin olmur".

Zahid Oruc hesab edir ki,  İlham Əliyev Ermənistanın daxili siyasi böhran şəraitində bütün antipaşinyançıların birlşərək yeni hökuməti yıxmaq istəməsində Qarabağ faktoruna əl ata biləcəklərini çox ustalıqla nəzərə alır: "Vaxtilə biz məhz bu səbəbdən uduzmuşduq. İndi qarışıqlığın episentri İrəvana keçib. Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir və məhz belə bir şəraitdə Ali Baş Komandanın övladı, müasir dövlətimizin qurucu atasının adını daşıyan oğul Heydər Əliyev hərbi mündirdə 10 milyonluq xalqın önündə şərəf və ləyaqətlə addımlayır, Silahlı Qüvvələrin cərgəsində Vətənə sədaqət andı içir. Doğrudur, Prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir və bütün həyatını güclü dövlət qurmağa həsr edən bir Liderin təkcə qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının taleyini necə bir sırada gördüyünün əyani sübutudur. Nümunəvidir, qürur doğurucudur və dövlət-vətəndaş bağlarını möhkəmləndirən Rəhbərin təkcə siyasi deyil, insani xarakterini də təyin etmək üçün görk hadisəsidir. Çünki xüsusi vurğulamağa ehtiyac var- əgər Azərbaycan ordusu sabah Şuşaya daxil olsa, təkcə silahlı erməni birləşmələri ilə döyüşlərdən keçməyəcək, eləcə də indi dövlətimizi və xalqımızın Liderini hər addımda izləyənlərin məsələn, Əskəranda, Qubaqdlıda, yaxud Murov dağının ətəyində "qəddarlıqla" öldürülmüş bir düşmən əsgəri tapıb hakimiyyət əleyhinə aparmaq istədikləri informasiya hücumunu dəf etməli olacaqlar. Axı onlar üçün cənab İlham Əliyevin müharibədəki qələbəsi Birinci Şəxsi təkcə bir millətin tarixi taleyində əbədiyaşar sərkərdəyə çevirmir, eləcə də on illər ərzində müxtəlif siyasi dalanlardan ölkəmizə və hakimiyyətə qarşı atəş açanları darmadağın edir, onları fiziki və mənəvi məhvə məhkum qoyur. Bəli, Ordu millətimizi daha yaxşı təşkil edir və bütün ağırlığı öz üzərinə götürərək nümayişkaranə bir şəkildə rahat kazarmalardan qaynar meydanlara atılır.Tarixən məhz silahlı qələbələrimiz az olduğundan bizim siyasi və diplomatik məkanda dilədiyimiz uğurları qazanmaq da mümkün olmayıb. On illər ərzində Azərbaycanı dünya ilə müxtəlif neft-qaz, polad arteriyalar vasitəsilə birləşdirəndən sonra prezident İlham Əliyevin ordunu bütün qüvvələrdən önə çıxarması Qarabağda savaşın məcburi seçim deyil, tarixdə ilk dəfə əsil ingilis hesablaması, yəhudi qalaqurması və rus neytrallığı formulunda üzə çıxarır. Müdriklər deyir ki, siyasət müharibənin silahsız davamıdır, lakin ədalət həmişə əsgərlərin süngüsünün ucundadır. Dünya tarixi sülh müqavilələrini yalnız hərbi meydanlarda tökülən qanların mürəkkəbinə batıraraq imzalayıblar. Ona görə də Qafqazlardan heç vaxt barıt qoxusu çəkilməyib. Əgər Ermənistanda daxili savaş daha da dərinləşərsə, Şuşada sülh sazişini imzalamağa lider tapılmayacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31