Cəsarət Hüseynzadə: “15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi”

"Bildiyimiz kimi bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100-cü ildönümü ilə əlaqədar bayram paradı keçirilib.

Bu parad əslində növbəti dəfə Azərbaycan Türkiyə münasibətlərinin səviyyəsinin göstəricisi idi. Hər iki ölkə rəhbəri beynəlxalq tədbirlərdə mütəmadi olaraq, Azərbaycan və Türkiyənin milli maraqlarının qorunması ilə bağlı birgə mövqe sərgiləyirlər. Siyasi sferada olan hər bir diplomat bu münasibətlərin tarixi ilə o qədər  geniş məlumata malik deyil.

Bu gün ki, hərbi parad isə bütün dünyaya nümayiş etdirdi ki, bu ölkələrin münasibətləri daha geniş və tarixi kökə malik əlaqələrdir. Heç şübhəsiz paradın səbəbi və tarixi ilə bağlı informasiyalar beynəlxalq KİV-də də yayımlanmaqdadır. Bu baxımdan beynəlxalq aləm  15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu bir daha izlədi".

"İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri, Cəsarət Hüseynzadə Olaylar.az -a açıqlamasında bildirib.

"Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, məhz 15 sentyabrda  Bakı şəhərinin işğalçılardan azad etdiyinin siyasi əhəmiyyəti həddindən artıq böyükdür və bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində olan əsas hadisələrdən biridir.

Paraddan öncə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bəzi mesajlar verdi ki, bu mesajlar bəzi dövlətlər tərəfindən məcburən  nəzərə alınmalıdır".

Cəsarət Hüseynzadə Prezident İlham Əliyev çıxışında münasibətlərin səviyyəsindən danışaraq qeyd edib ki, bu münasibətlər qardaşlıq nümunəsidir: "Dünyada məncə ikinci nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun. Bizim münasibətlərimiz ən yüksək səviyyədədir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Ermənistana da ismarıclar yollayıb: "Qardaşımızın torpaqlarının 20 faizini işğal edənlərin bizdən sərhədi açmağımızı gözləməsi boşunadır. Addım atmalı olan işğalçılardır. Biz bütün qonşularımızla yaxşı münasibətlər qurmaq istəyirik. Dağlıq Qarabağ problemi çözülməzsə, bu iş olmaz".

Türkiyə prezidenti əslində tarixi əhəmiyyətli 15 sentyabr gününün adına uyğun mövqe sərgiləyərək,  bir daha Dağlıq Qarabağ problemi ilə bağlı ölkəsinin mövqeyinin əhəmiyyətli gündə dilə gətirdi.

Hərbi parad bir tərəfdən Azərbaycan -Türkiyə müttəfiqliyinin göstəricisi idisə, digər tərəfdən Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünün nümayişidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31