Bakıda möhtəşəm parad - prezidentlər də iştirak edib VİDEO
15 Sentyabr 2018 18:12 SiyasətBu gün paytaxt Bakıda, "Azadlıq" meydanında şəhərin azad edilməsinin 100 illiyi münasibəti ilə möhtəşəm bir parad keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.
Dövlət başçıları əsgərləri salamlayıblar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.
"Çırpınırdın Qara dəniz" və "Azərbaycan" mahnıları səsləndirilib.
***
Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.