Metyu Brayza: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir"
13 Sentyabr 2018 16:03 SiyasətErmənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir.
Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: "Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq".
Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.
Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31