“TURAZ Şahini - 2018” təlimləri davam edir
13 Sentyabr 2018 15:35 Siyasət"TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimlərinin planına əsasən döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetiriblər. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərin növbəti günündə şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmək üzrə tapşırıqlar yerinə yetirilib, onun qırıcı aviasiyasından yayınma manevrləri icra edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31