"Paşinyanın sərsəm bəyanatları təsadüfi deyil" - ŞƏRH

“Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə haqlı şəkildə bu qurumun fəaliyyətini tənqid edib. Baxmayaraq ki, ötən 25 ildə münaqişənin həlli ilə bağlı ATƏT ölkələrə etdiyi turistik səfərlərdən başqa əsaslı bir addım atmayıb, üstəlik son aylar ermənistanın baş naziri Paşinyanın sərsəm bəyənatlarına münasibətdə tutarlı mövqe sərgiləməyib”. Bunu siyasi ekspert Vüqar Əhmədov deyib.

"Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə haqlı şəkildə bu qurumun fəaliyyətini tənqid edib. Baxmayaraq ki, ötən 25 ildə münaqişənin həlli ilə bağlı ATƏT ölkələrə etdiyi turistik səfərlərdən başqa əsaslı bir addım atmayıb, üstəlik son aylar ermənistanın baş naziri Paşinyanın sərsəm bəyənatlarına münasibətdə tutarlı mövqe sərgiləməyib".

Bunu siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşdə səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin həllinə təhkim olunan ATƏT-i fəaliyyətində daha qətiyyətli və fəal olmağa, nəhayət Ermənistanın tutduğu qeyri-konstruktiv yoldan çəkindirmək üçün əməli addımlar atmağa çalışıb: "Əslində Paşinyanın son dövrlər etdiyi sərsəm bəyənatlar təsadüfi deyildir. Belə ki, Paşinyan anlayır ki, Ermənistanın əvvəlki rəhbərliyinin apardığı yarıtmaz siyasət nəticəsində bu dövlət Azərbaycanla danışıqlarda artıq dalana dirənib. Beynəlxalq hüquq və ictimaiyyət, ən aparıcı beynəlxalq təşkilatlar və dövlətlər Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxmasını tələb edən bəyənatlar və sənədlər qəbul ediblər. Məhz danışıqlar prosesini bu nöqtədən yayındırmaq, ümumiyyətlə danışıqlar prosesinin ruhuna zidd olaraq prosesi pozmaq və hər şeyin yenidən sıfırdan başlanmasına nail olmaq üçün Paşinyan Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlar verməyə başlayıb. Bütün məsuliyyəti qondarma "Dağlıq Qarabağ" respublikasının rəhbərliyinin üzərinə atmaqla Paşinyan çalışır ki, həm bununla danışıqlardan yayınsın, eyni zamanda da bu siyasi kartdan istifadə edərək Ermənistanın keçmiş siyasi rəhbərliyini və hal-hazırda aparıcı müxalifətin liderlərini zindana atdıraraq rahat hakimiyyətdə qala bilsin. Lakin o bu istəyinə nail ola bilməyəcək. Verdiyi ardıcıl ziddiyyətli və sərsəm bəyənatları ilə o özünü həm Ermənistan ictimaiyyəti qarşısında, eyni zamanda beynəlxalq ictimaiyyət qarşısında gözdən salır. Bütün bunların səbəbləri odur ki, Paşinyan peşəkar siyasətçi deyil, bu səbəbdən belə kobud səflər buraxır. Məhz bu səflər onun ölkəsinin daha da dalana dirənməsinə və Paşinyanın hakimiyyətdən getməsinə səbəb olacaq və onsuzda sosial problemlər içində çabalayan Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Məhz Ermənistan təhlükəsizlik nazirliyi ilə istintaq idarəsinin son telefon danışıqlarının səs yazısının ictimaiyyətə yayılması da sübut edir ki, Ermənistan hazırki rəhbərliyi bu saat ciddi panika içindədir və davamlı səflər buraxır.

Beynəlxalq təşkilatlara, xüsusən münaqişənin həlli ilə məşğul olan ATƏT-ə gəldikdə, bu qurum riyakarcasına Ermənistanın buraxdığı bunca səflərə nəhayət göz yummamalı, qısa zamanda Ermənistanın yeni rəhbərliyinə danışıqlarda məsuliyyətini anlatmalıdır. Hesab edirəm ki, nə qədər ki, silahlar danışmağa başlamayıb, ATƏT-in üzərinə bu mənadə ciddi məsuliyyət düşür ki, diplomatik imkanların tükənməməsini sübuta yetirə bilsin. Əks halda silahlar işə düşəndə artıq bunun heç bir mənası qalmayacaq. Yox əgər Paşinyan müharibə istəyirsə, Azərbaycan silahlı qüvvələri onun cavabını vermək üçün hər zaman tam hazır vəziyyətdədir və hər an Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31