Ermənistandan ATƏT missiyasına hörmətsizlik
Təşkilat rəsmi Yerevana qarşı siyasi-diplomatik ölçülər götürməlidir
13 Sentyabr 2018 13:42 SiyasətTəşkilat rəsmi Yerevana qarşı siyasi-diplomatik ölçülər götürməlidir
Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəaliyyətə hər vasitə ilə zərbə vurmağa, cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. İşğalçı ölkənin baş nazirinin son bir həftə ərzində münaqişənin həlli ilə bağlı sərgilədiyi qeyri-konstruktiv mövqe, əsasən Bakıya yönəlik təhdid dolu mesajlar fonunda bunu görmək mümkündür. Ermənistan rəhbərliyinin bu kimi bəyanatları, açıqlamalarının münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsində səsləndirməsi, eləcə də həmin açıqlamanın ATƏT-in baş katibinin regiona səfəri ərəfəsinə təsadüf etməsi İrəvanın rəsmən meydan oxuması anlamına gəlir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mümkünlüyü barədə danışan erməni baş nazir Nikol Paşinyan əslində bununla Azərbaycanla yanaşı ATƏT və onun Minsk qrupu, eləcə də bu qrupun üzv dövlətlərinə də sayğısızlıq nümayiş etdirir, onlara hörmətsizlik göstərir. Çünki erməni baş nazirin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mümkünlüyünü ifadə etməsi ilk növbədə beynəlxalq hüquq və prinsiplərə ziddiyət təşkil edir ki, ATƏT və onun Minks qrupu da öz növbəsində Dağlıq Qarabağ probleminin məhz beynəlxalq hüquq və prinsiplər əsasında həllinə tərəfdardır, bu prinsiplər üzrə fəaliyyət göstərir. İndi Ermənistan baş nazirinin bu prinsipləri ayaqlar altına alması, ona hörmətsiz yanaşması o deməkdir ki, İrəvan münaqişənin sülh yolu ilə həllinə də tərəfdar deyil. Belə olan halda isə Dağlıq Qarabağ probleminin həlli istiqamətində yalnız bir yol qalır ki, o da güc yoludur. Təsadüfi deyil ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qəbulunda olan ATƏT-in baş katibi Tomas Qremingerə dövlət başçısı tərəfindən bu mesaj açıq şəkildə çatdırıldı. Azərbaycan Prezidenti tərəfindən bildirilidi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaiqşəsinin həlli ilə bağlı bəyanatları ziddiyyətlidir, populist xarakterlidir və bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tam ziddir. Nikol Paşinyanın "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir.
Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bir daha diqqətə çatdıran dövlət başçısı Paşinyanın bu kimi iddialarının sadəcə danışıqlar prosesini pozmağa hesablandığını bildirdi. Azərbaycan Prezidentinin ATƏT-in baş katibi ilə görüşündə səsləndirdiyi bir məqam yuxarıda qeyd etdiyimiz kimi əslində həm bu təşkilata, həm də işğalçı ölkəyə bir mesaj idi. Dövlət başçısı haqlı olaraq bildirdi ki, Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.
Ekspertlər də hesab edirlər ki, Nikol Paşinyanın Dağlıq Qarabağ problem ilə bağlı səsləndirdiyi son açıqlamalar danışıqlar prosesini pozmağa hesablanıb və vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə cəbhədə hərbi əməliyyatların yenidən başlaması qaçılmaz olacaq. Bu zaman isə yarana biləcək hər hansı xoşagəlməz situasiyanın məsuliyyəti məhz Nikol Paşinyanın üzərinə düşəcək. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, ATƏT-in baş katibi Tomas Qremingerin ölkəmizə səfəri əsasən təşkilatla rəsmi Bakının əlaqələrini yükəsk səviyyədə saxlamaq, həmçinin Qarabağ münaqişəsi ətrafında müzakirələr aparmaqdır: "Qeyd edim ki, baş katibin səfəri ərəfəsində rəsmi Yerevanın konfliktin həllinə zərbə vuracaq açıqlamalar verməsi, ümumiyyətlə danışıqlar üçün bütün qəbul edilmiş prinsiplərin əleyhinə əks bəyanatları təsadüfi deyil. Bu açıqlamalar ATƏT-ın missiyasına və baş katibə qarşı rəsmi Yerevanın demarşları kimi qiymətləndirilməlidir". Politoloqun sözlərinə görə, əgər, ATƏT-in Minsk qrupu münaqişənin həllinə dair danışıqlarda əsas formatdırsa, Ermənistan hakimiyyətinin hazırkı açıqlamaları, ATƏT missiyasına hörmətsizlikdir: "Bununla bağlı, ATƏT sədri yaxşı olardı ki, rəsmi Yerevana qarşı siyasi-diplomatik ölçülər götürsün. Yalnız, Bakıda növbətçi bəyanatlar verməklə, öz missiyasını bitmiş hesab etməməidirlər. Qeyd edim ki, ATƏT-ın baş katibi bu gün Ermənistanı Azərbaycanın hərbi təzyiqlərindən qorumaq üçün canfəşanlıq edir. Bakıda apardığı danışıqlarda, yalnız atəşkəsin qorunmasını önə çəkir. Amma, Ermənistanın işğal etdiyi ərazilərdən çıxaması barədə hər hansı açıqlamalarla çıxış etmir. Bu arada xarici işlər nazir Elmar Məmmədyarov danışıqlara hazır olduqlarını qeyd edir. Ölkəmiz 20 ildir ki, danışıqlara hazırdır. BMT Baş Assambleyasının 73-cü iclasında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin də görüşü gözlənilir. Təbii ki, bu danışıqlarda erməni tərəfi Azərbaycandan atəşkəsə əməl edilməsini xahiş edəcək".
Məhəmməd