Vergilər naziri Cənubi Koreyanın səfiri ilə görüşüb
13 Sentyabr 2018 12:57 SiyasətVergilər naziri Mikayıl Cabbarov Cənubi Koreyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələr, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, həmçinin vergi sahəsində aparılan son islahatlar barədə fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31