Ara Papyan: “Ermənistanda yaza qədər seçkilər keçirilməsə böyük təlatümlər baş verəcək”

Erməni politoloq, "Modus Vivendi" analitik mərkəzinin rəhəbri Ara Papyan "Ermənistan xüsusi xidmət orqanları rəhbərlərini gizli şəkildə dinlənilməsi təhlükəli bir hal olduğunu bildirib.

Ara Papyan erməni mətbuatına verdiyi müsahibədə Milli Təhükəsizlik və Xüsusi İstintaq Xidəmtlərinin rəhblərinin arasında keçən və sosial şəbəkələrə sızdırılan danışığın əslində çoxdan yazıldığını və "Youtube"da qəsdən nümayiş etdirildiyini bildirib.

Erməni ekspertin sözlərinə görə, bununla biriləri indiki iqtidarın necə zəif olduğunu göstərmək istəyib. "Çox güman ki, burada Köçəryanın komandasının və ya böyük ehtimalla Rusiyanın əli var", - Papyan qeyd edib.

Politoloqun fikrincə, Nikol Paşinyanın namizədliyi bütün hallarda Vladimir Putin üçün qəbuledilməzdir. "Bunun Ermənistanın xarci siyasi kursuna dəxli yoxdur. Paşinyan bu məsələdə sələflərinin yolunu davam etdirir. Məsələ burasındadır ki, Rusiya və şəxsən Putin üçün xalqın dəstəyi və xalqla hakimiyyətə gələn adam qətiyyən məqbul sayıla bilməz. Moskva belə hakimiyyətlərin süqutunda maraqlıdır. Bununla da Rusiya eyni prosesin özlərində baş verməsini istəmirlər.
Ara Papyan hakimiyyətin sərt mübarizəyə başlamalı olduğunu düşünür:

"Siz məxmərlə əks-inqilaba qarşı savaşa bilməzsiniz. Çünki əks-inqilab qeyri-məxməridir. Əgər yaza qədər seçkilər baş tutmasa, həm xarici, həm də daxili cəbhədə böyük təlatümlər baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31