İrəvandan Əliyev-Paşinyan görüşü barədə açıqlama
12 Sentyabr 2018 14:56 SiyasətHazırda Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı hər hansı bir razılıq yoxdur.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bu gün mediaya açıqlamasında deyib.
"Hazırda Nikol Paşinyan və İlham Əliyev arasında görüş keçirilməsi gözlənilmir", - Balayan bildirib.
Balayan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yeri və zamanı barədə razılıq əldə olunduqdan sonra ətraflı informasiya veriləcəyini də açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31