İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək
12 Sentyabr 2018 14:38 SiyasətSentyabrın 13-də İsrail dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31