Erməni nazir Məmmədyarovla görüşəcəyini açıqladı
11 Sentyabr 2018 17:45 SiyasətAzərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşəcəklər.
Bu barədə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan məlumat verib:
"Mənim Azərbaycan XİN başçısı ilə görüşümə gəlincə, bu məsələdə dəqiq olmaq və razılaşdırılmış bəyanatlarla çıxış etmək istəyirəm. Görüş baş tutacaq, həm də çox tezliklə".
Erməni nazir dəqiq vaxtı və yeri yekun razılaşmadan sonra açıqlayacağını bildirib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31