İlham Əliyevin xarici səfərləri xarici siyasət kursunda əhəmiyyətli rol oynayır
Bu səfərlər Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı ödəyir Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursunda prezident İlham Əliyevin xarici səfərləri önəmli yer tutur. Belə ki, bu səfərlər həm ayrı-ayrı dövlətlər, həm də beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Başqa sözlə, dövlət başçısının xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti, Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı ödəyir. Etiraf edilməlidir ki, hazırki şəraitdə dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, çünki, dünyanın siyasi və iqtisadi düzəmində Azərbaycanın yeri, onun mövqeyi danılmazdır. Bu baxımdan dövlət başçısının son səfərlərinin əhəmiyyəti çox böyükdür. Millət vəkili Naqif Həmzəyev deyib k
11 Sentyabr 2018 15:40 SiyasətBu səfərlər Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı ödəyir
Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursunda prezident İlham Əliyevin xarici səfərləri önəmli yer tutur. Belə ki, bu səfərlər həm ayrı-ayrı dövlətlər, həm də beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Başqa sözlə, dövlət başçısının xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti, Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı ödəyir. Etiraf edilməlidir ki, hazırki şəraitdə dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, çünki, dünyanın siyasi və iqtisadi düzəmində Azərbaycanın yeri, onun mövqeyi danılmazdır. Bu baxımdan dövlət başçısının son səfərlərinin əhəmiyyəti çox böyükdür.
Millət vəkili Naqif Həmzəyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı ölkəmizin türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yeni təkan verəcək: "Bu gün dünyada türkdilli xalqlar və onları təmsil edən dövlətlər sülhün və təhlükəsizliyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Türkdilli dövlətlərin bir araya gəlməsi siyasi, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Prezident İlham Əliyev sammitdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Dövlətimizin başçısı dedi ki, bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və bütün istiqamətlər üzrə gözəl nəticələr görünür. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Azərbaycan prezidenti gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacağına əminliyini dilə gətirdi. Cənab prezidentin fikirləri bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyinin təsdiqidir. Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkdiyini, Azərbaycanın ayrılmaz hissəsi Dağlıq Qarabağın və onun ətrafında yerləşən 7 rayonun Ermənistanın işğalı altında olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır. İnanırıq ki, kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasındakı birliyin möhkəmlənməsinə xidmət edən sammit türk birliyinin daha da güclənməsinə mühüm töhfə olacaq. Çünki beynəlxalq səviyyədə böyük əhəmiyyəti daşıyan sammitdə verilən birgə bəyanatlar, türkdilli dövlətlərin ortaq mövqeyini göstərdi, türkdilli dövlətlərin bütün istiqamətdə birliyini bir daha nümayiş etdirdi". Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Xorvatiya Respublikasına baş tutan səfəri kifayət qədər məhsuldar keçib. Səfər çərçivəsində dövlətimizin başçısının Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə keçirdiyi görüş, aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. S.Qafarova bildirib ki, Azərbaycanla Xorvatiyanın münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir. Onun sözlərinə görə, Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var, bu əlaqələr genişlənir və güclənir: "Təsadüfi deyil ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal siyasi dialoq qurulmasından məmnunluqlarını bildiriblər. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində keçirilən görüşlərdə, eləcə də prezidentlərin bəyanatlarında iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi xüsusi olaraq nəzərə çatdırılıb. Hazırda iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya fəaliyyət göstərir. Sözügedən komissiyanın son iclası Bakıda keçirilib. Komissiyanın fəaliyyətinin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Bütövlükdə, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir".
Zəka