Ermənistan rəhbərliyi müharibə arzusundadır
11 Sentyabr 2018 14:09 SiyasətQarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər
Deyəsən Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın beynində hələ də inqilab ab-havası hökm sürür. Hər halda Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşə getməzdən əvvəl, eləcə də Kreml rəhbəri ilə keçirdiyi görüşdən sonra Dağlıq Qarabağ problemi ilə bağlı etdiyi sərsəmləmələr belə deməyə əsas verir. Konkret olaraq erməni baş naziri bu mövqeyi ilə Dağlıq Qarabağ probleminin həllində sülhə hazır olmadıqlarını ortaya qoyur və ciddi cəhdlə Azərbaycanı təxribata çəkməklə cəbhədə gərginliyi artırmağa, hərbi əməliyyatların başlamasına çalışır.
Millət vəkili Sahib Alıyevin sözlərinə görə, erməni baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və səfər sonrası verdiyi açıqlamadan gəldiyim nəticə budur ki, onun hakimiyyətdə qalması və bu cür davranışı Dağlıq Qarabağ probleminin həlli üçün ancaq bir yol qoyur- o da savaşdır: "İkinci nəticə isə budur ki, onun hakimiyyətdə qalması çox da uzun çəkməyəcək. Ya Paşinyan hakimiyyəti harada, kimin diqtəsiylə almışdısa, onların diqtəsiylə də orada təhvil verəcək, ya da indi rəqib gözündə gördüyü Köçəryanın bir çox rəqiblərinin, o sıradan da Ermənistanın keçmiş baş naziri Vazgen Sərkisyanın üzləşdiyi reallıqla üzləşəcək. Həm də ona görə üzləşəcək ki, Köçəryanın "bir çox rəqibləri" bir qayda olaraq təkcə ona rəqiblik etmir, cızılan cızıqdan kənara çıxmaq haqda da fikirləşirdilər.
Düzdür, indi Köçəryan hakimiyyətdə deyil. Ancaq Ermənistanda hakimiyyətdə kimin olmasında mühüm rol oynayan Meydanın onu dəstəklədiyi faktıdır. Söhbət Paşinyanın dediyi Respublika Meydanından yox, Qızıl meydandan gedir. O Meydandan ki, Paşinyanı Moskvada "ciddi suallar"ın gözlədiyi haqda anonslar verilərkən orada yerləşən Kremlin yiyəsi Köçəryana telefon açaraq ad gününü təbrik etmişdi. Bu, Köçəryanın anadan olması ilə bağlı təbriki deyildi, onun bir siyasətçi kimi yenidən "doğulması"nın təbriki idi".
Millət vəkili deyir ki, indi regionda bu cür vəziyyət yaranıb və o, istənilən an savaşla nəticələnə bilər: "Nikol Paşinyanın Rusiyaya səfərindən sonra verdiyi açıqlamalar da bu savaş təhlükəsini daha da artırır və eyni zamanda rəsmi Moskvanı pis durumda qoyur. Niyə? Nikol Paşinyan Putinlə danışıqlardan dərhal sonra Mosvada hay iş adamları ilə görüşdə nə deyir. Deyir ki, gələcəkdə Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək. Bir daha vurğulayıram, bu açıqlama Rusiya prezidenti ilə görüşdən dərhal sonra və Moskvada verilir. Aydındır ki, Ermənistan öz gücünə heç vaxt bunu edə bilməz, etməyə qalxdığı təqdirdə isə bu regionda ola bilər hay qalsın, ancaq Hayastan adlı dövlət qalmaz.
Onda belə bir təsəvvür yaranır ki, Nikol Paşinyan Vladimir Putinin verdiyi hansısa bir vəddən ruhlanaraq bu cür başından böyük sözlər danışır. Həm də elə məhz həmin Putin və Merkellə görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin olumlu açıqlamasından, Paşinyanın danışıqlarda konstruktiv mövqe tuta biləcəyinə ümidinin olduğunun dilə gətirilməsindən sonra.
Ermənistanın konstruktiv yanaşma sərgiləyəcəyi gözlənilən baş naziri isə bir tərəfdən danışıqların formatının dəyişdirləməsini, Dağlıq Qarabağ separatçılarının da tərəf olaraq ora qatılmasını tələb edir, digər tərəfdən isə həmən Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi kimi ziddiyyətli və sərsəm fikirlər səsləndirir". Sahib Alıyevin qənaətincə, ola bilməz ki, Rusiya prezidenti onun bu sərsəm və ziddiyyətli fikirlərini dəstəkləsin: "Hazırkı reallıqları nəzərə alsaq, ona Rusiyanın problemin ancaq sülh yolu ilə həllinə çalışacağından başqa hansısa bir vədin verilməsi də inandırıcı deyil. Sadəcə, Paşinyan Putini pis vəziyyətdə qoyur. Həm də təkcə bu məsələdə deyil. Diqqət edin, onunla görüşdə Prezident Putin bildirir ki, Rusiyanın qazı ən ucuz qiymətə satdığı ölkə Ermənistandır. Ermənistana qazın min kubmetri 150 dollara satılır. Paşinyan isə Moskvadan dönər-dönməz deyir ki, Rusiyanın "Qazprom" şirkətinin Ermənistandakı təmsilçisi fırıldağa əl ataraq əslində bu qazın min kubmetrini haylara Putin bildirdiyindən iki dəfə baha qiymətə satır. Beləliklə də o, "Qazprom"la yanaşı, elə Rusiyanın dövlət başçısının özünü də fırıldaqçılıqda ittiham edir. Bütün bunlar və səfər zamanı nəzərə çarpan digər reallıqlar cənab İlham Əliyevin Rusiyaya səfəri ilə, Nikol Paşinyanın səfəri arasında çoxlu və böyük fərqlərin olduğunu üzə çıxardı".
Millət vəkili onu da deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təkcə populistlik etmir, həm də özünü küçə, meydan adamı kimi aparır: "Aparır və elə sanır ki, o, "hakimiyyətin yerləşdiyi meydan"ın adamı deyil, elə həm də meydanın özüdür-meydan adamdır. Bu meydan adamın məntiqinə fikir verin. Deyir ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutduğu sərt və barışmaz mövqe onun Ermənistandakı inqilabın Azərbaycana da keçəcəyindən qorxmasından irəli gəlir. Primitivliyin və demaqoqluğun hansı həddə olduğunu görürsünüzmü? Bu anlamır ki, əksər azərbaycanlılar kimi, Azərbaycan Prezidenti üçün də Dağlıq Qarabağ məsələsi hakimiyyət yox, namus, qeyrət və şərəf məsələsidir. Heç olmasa ətrafındakılardan buna deyən yoxdur ki, ay meydan adam, məgər 2016-cı ilin aprel döyüşlərində Ermənistanda inqilab baş vermişdi? Bu döyüşlərin arxasında duran məhz sizin işğalçılıq siyasətinizə qarşı yönəlmiş həmən o sərt və barışmaz mövqe deyildimi?"
Sahib Alıyev onu da diqqətə çatdırıb ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı faydaya dayanır: "Elə bunun nəticəsi idi ki, cənab Prezidentin rəsmi Soçi səfərində 10 müxtəlif səpkili əməkdaşlıq anlaşmaları imzalandı. Paşinyan isə Moskvaya bir şüşə konyakla gedib, öncədən anons edilən "ciddi suallar" eşidərək qayıtdı, vəssalam. Səbəb budur ki, Ermənistan-Rusiya əlaqələrində yemlənən və yemləyən tərəf var. Amma nə yemlənən bundan razıdır, nə də yemləyən. Yemlənən daha çox yemlənmək və istədiyini etmək, yemləyən isə bunun qarşılığında sədaqət, çızdığı çevrədən çıxılmamasını istəyir. Bunlar elə istəklərdir ki, indiki reallıqlar, Paşinyanın xarakteri və hay xisləti ona tam əməl olunmasını istisna edir. Ona görə də sözdə iki ölkə arasında əlaqələrin əla olduğu bildirilsə də, qarşılıqlı narazılıqlar baş alıb gedir. Bunun gizlədilməməsi və artıq hər iki tərəfin dilə gətirməsi göstərir ki, o, daha da artacaq".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da hesab edir ki, Nikol Paşinyanın Putinlə görüşdən sonra Moskvada ikən "Dağlıq Qarabağ Ermənistana birləşəcək!" deməsi, görüşün nəticəsizliyi, hətta ziddiyyətli keçməsindən xəbər verir: "Bu təcili mesaj Qərbə ünvanlanıb. Yəni ki, Vladimir Putin onun şərtlərini qəbul etmədiyimiz halda Qarabağ kartı ilə təhrik etdi. Biz isə öz yolumuzdan dönən deyilik, Qarabağı itirsək belə. Amma, möhkəm dayanacağıq həm də bu məsələdə Rusiyaya beynəlxalq başağrısı verməklə Qarabağ məsələsində sərt durmaqla. Bu artıq, yekundur, Rusiya-Ermənistan arasında olan münasibətlərdə.. Və qarşıdurma fazasının başlanğıcı hesab edilə bilər. Görünür ki, Nikol Paşinyan ikinci Saakaşvilidir. Demokratiya ideyasını hər şeydən üstün tutub, siyasi tolerantlığı olmayan və ziyanlı ola biləcək nəticələrə varmayan. Həm də görünür ki, Qərb Paşinyanın arxasında çox bərk dayanır. Görünən odur ki, ermənilər bu illərdə Rusiyanın "for-post" adı ilə başını qatıblar. Ermənistandakı Rusiya hərbi bazası da getməli. Görək, əvəzində Putin nə cavab verəcək. Ancaq cavabını bütün güc ilə sərt verməyə çalışacaq".
İlqar Altay bu arada, Dağlıq Qarabağ ətrafı rayonlarımızın geri alınması üçün tarixi bir şans yaranması ilə bağlı irəli sürülən fikirlərə də münasibət bildirib: "Çünki nədənsə boş optimizm adı ilə bunu süngü ilə qarşılayan soydaşlarımız var. Hətta deyən var ki, ya Dağlıq Qarabaģ, ya heç nə".
Müstəqil ekspert Zeynal Əmralıyev də deyib ki, Nikol Paşinyanın açıqlamaları Azərbaycanı təxribata çəkmək, cəbhədə qarşıdurma yaratmaqdan başqa bir şey deyil. Onun sözlərinə görə, Paşinyanın həm də bu kimi açıqlamaları ilə erməni cəmiyyətinə, daxili auditoriyaya hesablanıb və getdikcə azalan nüfuzunun bərpası üçün bu kimi bəyanatlar verilir: "Nikol Paşinyan deyir ki, heç vaxt Qarabağdakı ermənilər İrəvanda hökumət quruculuğunda iştirak etməyiblər. Deyəsən Paşinyanın heç yaxın tarixləri barəsində də məlumatı yoxdur. Onun hazırki rəqibləri olan Robert Köçəryan və Serji Sərkisyan Ermənistanda rəhbər vəzifələrə gəlməmişdən qabaq harada, hansı vəzifəni tutublar? Deyəsən bir zamanların alovlu jurnalisti olan Paşinyan unudub ki, özünün müəllimi hesab etdiyi eks prezident Levon Ter-Petrosyan 20 mart 1997-ci ildə qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri olan Köçəryanı Ermənistana baş nazir təyin edib. Qarabağın chr("39")chr("39")müstəqil dövlətchr("39")chr("39") olduğunu bildirən baş nazir harda görüb ki, bir müstəqil dövlətin prezidenti səlahiyyətini icra etdiyi zaman başqa bir dövlətin prezidenti anidən sərəncam imzalayaraq onu öz ölkəsinə baş nazir təyin etsin?. Qarabağın münaqişə tərəfi olduğunu və danışıqlarda iştirakının vacibliyini vurğulayan Nikol Paşinyan daha sonra Moskvada erməni iş adamları ilə görüşü zamanı bildirir ki, chr("39")chr("39")Qarabağ Ermənistanın ərazisidir. Digər yeddi rayon da Qarabağın ərazisinə daxildirchr("39")chr("39"). Paşinyanın sözdərindən belə qənaətə gəlirəm ki, inqilabçı baş nazir Qarabağdakı rejimin ləğvinə və bölgənin birbaşa İrəvandan idarəçiliyinə çalışır. Çünki qondarma rejimin hakimiyyəti ona qarşı hər zaman potensial təhlükədir. Paşinyanla danışıqlar zamanı nəsə irəliləyişin əldə olunacağını gözləmək isə zənnimcə sadəlövhlükdür. Buna görə də yaxın gələcəkdə cəbhədə intensivliyin artacağını istisna etmirəm".
Məhəmməd