Nazirlər Kabinetindən yeni qərar: "Şahdağ" Turizm Agentliyindən alındı

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi ilə bağlı qərar verib.

Olaylar.az  xəbər verir ki, qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. 

Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın 4.2-ci bəndi ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31