"Paşinyana sentyabr “hədiyyəsi” edək, qoy, ayılsın!" — YAP rəsmisindən AÇIQLAMA
10 Sentyabr 2018 16:03 SiyasətYeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə Ermənistan prezidenti Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi kimi görməsi barədə səsləndirdiyi fikirlərə sərt cavab verib.
A.Mirzəzadə Nikol Paşinyanın naşı siyasətçi olduğunu bildirib. YAP rəsmisi Azərbaycan ordusunu Nikol Paşinyana müharibə dərsi verməyə də çağırıb:
"Nikol Paşinyan cavabını almalıdır. Aprel gecdir, Paşinyana bir sentyabr "hədiyyəsi" edək, qoy, ayılsın!".
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31